140 min keçmiş köçkün yaxın üç il ərzində öz dədə-baba torpaqlarına qayıdacaq
17.01.2024 [10:29]
Prezident İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə verib.
Dövlət başçısı bildirib ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.
Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.
1990-cı illərin əvvəllərindən başlayan Qarabağ münaqişəsi dövrümüzün ən problematik məsələlərindən biri idi. Münaqişə Azərbaycanı həm işğal, həm də məcburi köçkün problemi ilə qarşı-qarşıya qoymuşdu. Ulu Öndər Heydər Əliyev Prezidentliyi dövründə məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşırdı. Beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, qaçqınların sosial problemlərinin həlli və s. istiqamətlərdə davamlı siyasət həyata keçirən Ümummilli lider Heydər Əliyev dəfələrlə çadır şəhərciklərinə getmiş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdu.
Heydər Əliyevin məcburi köçkünlərə göstərdiyi xüsusi qayğı onun varisi Prezident İlham Əliyev tərəfindən davam etdirildi. 17 il ərzində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin və fəaliyyətinin yaxşılaşdırılması üçün imzaladığı sərəncamlar, Bakıda, Tərtərdə, Ağdamda, Gəncədə, Mingəçevirdə və digər bölgələrimizdə yeni salınan şəhərciklər və hər açılışda dövlət başçısının qayıdışla bağlı verdiyi vədlər bütün qarabağlıların sabaha ümidini artırırdı. Onlar üçün yaradılan şərait əlbəttə, yaşamaq üçün kifayət edir, lakin vətən, torpaq həsrətini söndürə bilmirdi. Məcburi köçkünlər 17 ilin hər gününü Ali Baş Komamdandan xoş xəbər gözləmək ümidi ilə yaşadılar. Məhz, həmin 17 ilin tamamında Prezident İlham Əliyev xoş müjdəni verdi. Qarabağ azad edildi. 30 il ərzində xarabazara çevrilmiş torpaqlar sahiblərinə qaytarıldı. Ölkə başçısı qarabağlıların "məcburi köçkün" statusunu əbədi olaraq ləğv etdi. İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyevin öz xalqı, vətəndaşı ilə yaxınlığı daha aydın hiss olundu. Bəli, təkcə keçmiş məcburi köçkünlər deyil, bütün azərbaycanlıların yanında idi cənab Prezident. Xalq da öz liderinin ətrafında sıx birləşdiyini 44 gün ərzində nümayiş etdirdi. Ölkə başçısının hər çıxışı zamanı körpəsindən qocasına bütün azərbaycanlılar Prezidentin növbəti müjdəli xəbərini gözləyərdi. Müharibənin ağrılı, lakin şərəfli günlərində xalq öz rəhbərinin siyasətini dəstəklədi.
Qazanılan zəfərdən sonra bütün keçmiş məcburi köçkünlərin ürəyində bir arzu var idi - "30 ildən sonra yurda qayıdış". Çünki Prezident İlham Əliyev dəfələrlə söz vermişdi ki, biz doğma torpaqlara qayıdacağıq. Verilən sözü əmələ çevirən Ali Baş Komandanın "dəmir yumruğu" ilə düşmən ərazilərimizdən qovuldu. Böyük Qayıdış missiyası üçün tarixi zəmin yarandı.
Azərbaycanın indi əsas prioritetlərindən biri Qarabağın və Şərqi Zəngəzuru yenidən bərpasıdır. Əlbəttə ki bu heç də asan məsələ deyil, 30 il müddətində erməni işğalı zamanı yerlə yeksan olan bu tarixi ərazilərimizdə demək olar ki, sıfırdan kəndlər, qəsəbələr, şəhərlər salınır, infrastruktur layihələri, genişmiqyaslı quruculu işləri aparılır. Bununla bağlı Prezident İlham Əliyev qeyd etdi ki, bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanaların inşaatı artıq başlamışdır, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr və digər infrastruktur layihələr fasiləsiz icra olunur. Keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır. Öz doğma dədə-baba torpaqlarına qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur: “Həm gedənə qədər sakinlər üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək”. Cənab prezident bir daha qeyd etdi ki, bu il vətəndaşlarımız Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaq. “Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Yaxın 3 ildə 140 min keçmiş köçkün yaxın öz dədə-baba torpaqlarına qayıdacaqdır”.
Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

