Qarabağın Zəfər matçı
28.12.2023 [13:48]
Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyun idman yarışı olsa da, Azərbaycan tarixində önəmli günlərdən biri oldu. Bu yarış bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisədir. Çünki ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib. Bir zamanlar erməni separatçılarının at oynatdığı, xalqımıza qarşı soyqırım həyata keçirdiyi tarixi şəhərimiz olan Xankəndidə, üçrəngli bayrağımızın dalğalandığı stadionda bu torpaqları azad edən qəhrəman şəhidlərimizin ailələri və övladlarının izlədiyi futbol matçının rəmzi mənası vardır.
Ən müasir səviyyədə döyüş aparıb tarixi Zəfər qazandığımız Qarabağ torpaqlarında belə bir matçın keçirilməsi xalqımızda qürur hissi oyatdı. Həm də yarışı izləyənlər arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olması diqqətlərdən yayınmadı. Cənab Prezident özü ilə birlikdə apardığı şəhid övladlarını, onların ailə üzvlərini xüsusi salamlayaraq onların atalarının müqəddəs amal uğrunda, Vətənin azadlığı uğrunda qəhrəmanlıq dastanı yazdıqlarını xatırlatdı. Bu, ilk növbədə dövlətimizin başçısı cənab İlham Əliyevin şəhid övladlarına yüksək qayğısının, sevgisinin təzahürüdür. Cənab Prezident yarışın başlanmasından öncə çıxışında bunu bir daha vurğulayaraq qədim Azərbaycan diyarı Xankəndidə ilk dəfə futbol matçının keçirilməsini Zəfər salnaməmizin səhifəsi kimi qeyd edərək demişdir: “Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.”
Xankəndidə üç ay bundan qabaq ilk dəfə dalğalanan bayrağımız bu gün öz əzəməti ilə göz oxşayır. Bu bayraq altında hələ çox möhtəşəm tədbirlər keçiriləcəkdir. İndi isə bu ərazilərdə abadlıq, quruculu işləri gedir. İki ay ərzində yenidən qurulan stadionda indi separatizmin heç bir əlaməti qalmamışdır. Cənab Prezidentin qeyd etdiyi kimi “Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı.”
Ölkəmizin başçısı idmansevərlərə və xalqımıza daha bir müjdə verərək bildirdi ki, “Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.”
“Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır”-deyə çıxışında bildirən cənab İlham Əliyev bizim Zəfərimizin əsas mənbəyinin Qarabağ–Ordu-Xalq birliyi olduğunu xüsusi vurğuladı. Həqiqi birliyin qazandırdığı Zəfər sevincini bütün Azərbaycan xalqına yaşadan ölkə başçısı inamla, qətiyyətlə bu mübarizənin davam etdiyini və Zəfərin dönməzliyini bildirdi: “Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”
İstər stadionda olan minlərlə tamaşaçı, istərsə də matçı televiziyadan izləyən Azərbaycan xalqı fərəh dolu bir gün yaşadı, Zəfərdən doğan qürur hissi ilə öz rəhbərini alqışladı.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18

