Siyasi acizliyin etirafı
26.12.2023 [11:14]
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkanar prezident seçkiləri keçiriləcək. Nəzərə alaq ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
Seçkilər bir sınaq imtahanıdır. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə qarışıqlıq yaratmaq yolunu seçib.
Bu ünsürlər hələ də müxalifətçilik anlayışının mahiyyətini dərk etmirlər. Şəxsi ambisiyalarını xalqın taleyüklü problemlərindən üstün tutanlar, ölkədə baş verən inkişafı görmək istəməyənlər, uğurlarımızı həzm edə bilməyənlər seçki şousu yaratmaqla Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa can atırlar. Onların bu cəhdləri ictimaiyyət tərəfindən təəccüblə qarşılanmır. Bu baxımdan ki, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan bu ünsürlər daim xarici himayədarlarının göstərişlərinə uyğun hərəkət edərək ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün ən çirkin yollara əl atırlar. Siyasi qul imici qazanan belələrinə xalqın nifrəti böyükdür. Daim atdıqları addımları ilə ictimai qınaqla üz-üzə olurlar. Unudurlar ki, ictimai qınaq ən böyük cəzadır.
Reallıq budur ki, Azərbaycan demokratiya yolunda inamla addımlayır. Demokratik prinsiplərə sadiqliyini yalnız sözdə deyil, əməldə təsdiqləyir. Ölkəmizdə demokratik cəmiyyətin inkişafını təsdiqləyən bütün atributlar mövcuddur. Seçkilərin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün şərait yaradılıb. 2003-cü ildə qəbul olunan və mütəmadi olaraq dövrün tələblərinə uyğun olaraq təkmilləşən, yeniləşən Seçki Məcəlləsi seçkilərin, o cümlədən ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini tam təmin edir. Ölkəmizdə indiyədək keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Seçki prosesini izləyən beynəlxalq təşkilatların verdikləri rəylər də bunu təsdiqləyir. Bugünədək Azərbaycanda keçirilən bütün seçkilərdə siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir namizədə bərabər səviyyədə şərait yaradılıb.
“Boykot” siyai rəqabət metodu deyil, acizlikdir, özünəinamın yoxluğudur, xarici dairələrə xidmətin nümayişidir. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. “Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə təxribatlara yol açan siyasi hiylədir.
Acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olub. Xalq bu ünsürlərin hansı məqsədlər uğrunda mübarizə apardıqlarını çox yaxşı bilir. Radikallığı özlərinə bir fəaliyyət istiqaməti seçən bu ünsürlərə xalqın cavabı dəyişməzdir. Xalqa deyil, xarici himayədarlarına arxalanan belə ünsürlərə siyasi meydanda yer yoxdur. Seçkiləri “boykot” etmək çıxış yolu deyil. Özləri 30 il bundan öncənin nostalji hissləri ilə yaşasalar da, nə Azərbaycan həmin dövrün Azərbaycanı, nə də xalq həmin dövrün xalqıdır. Bu gün Azərbaycan qalibiyyəti ilə dünyaya səs salıb. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunan, yeni reallıqlar yaradan ölkəmizlə qürur duyuruq. Bu qüruru bizlərə yaşadan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycana möhtəşəm uğurlar qazandıran, tariximizə adını torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdıran Prezident İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarıq. Xalq-Prezident birliyi, həmrəyliyi daim ölkəmizə zəfərlər qazandırır. Bu uğurları görməmək, onları inkar yolunu tutmaq siyasi korluqdur.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30

