Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının VII Konfransı keçirilib
07.04.2012 [22:34]
Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının VII Konfransı keçirilib. Tədbiri giriş nitqi ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev deyib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan və formalaşan Yeni Azərbaycan Partiyasının 20 illik yaranma və inkişaf tarixi göstərdi ki, YAP-ı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməkdə öz seçimlərində, düşüncə və əməllərində, rəy və proqnozlarında haqlı olublar: “Heydər Əliyev kursunu bu gün qəti və prinsipial şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünün yüksək dövlətçilik amallarına söykənən təşəbbüsləri ölkənin hərtərəfli inkişafına xalqın rifahının yüksəlməsinə yönəlmiş addımları ilə ilk gündən dövlət başçısı kimi vətəndaşların layiqli hörmət və rəğbətini qazanmışdır”.
Rayon təşkilatının hesabat dövründəki fəaliyyəti haqqında da məlumat verən N.Quliyevin sözlərinə görə, YAP Sabirabad rayon təşkilatı hesabat dövründə partiyanın Proqram və Nizamnaməsi, partiyanın qurultaylarında qəbul edilmiş qərarların icrası ilə əlaqədar qarşıda duran vəzifələri, son 19 ildə ictimai siyasi həyatda əldə edilmış nailiyyətləri rayon əhalisi arasında geniş təbliğ edib, ideya - siyasi iş istiqamətində müəyyən nailiyyətlər əldə olunub. Partiyanın Şura üzvlərinin, partiya fəallarının yerlərdə apardığı məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq rayon partiya təşkilatının rayonun siyasi həyatında rolu daha da yüksəlib, onun sosial bazası xeyli güclənib. Hesabat dövründə 6 ilk partiya təşkilatı yaradılıb, partiya üzvlərinin sayı 1196 nəfər artaraq 6024 nəfər olub. ümumi tərkibin 28 faizi (1644 nəfər) gənclər, 27 faizi (1623 nəfər) qadınlar təşkil edir. Hal-hazırda bütün rayon ərazisini əhatə edən 88 ilk partiya təşkilatı fəaliyyət göstərir.
Daha sonra məruzə ətrafında müzakirələr başlanıb. çıxış edən YAP Sabirabad rayon təşkilatı Qadınlar Şurasının sədri Məleykə Həsənova, YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin üzvü Hacıəli İsmayılov, YAP Sabirabad rayon təşkilatı Axısxa ilk ərazi təşkilatının sədri Teymurbəy Səidov, rayon ağsaqqalı Rəsul Mövsümov, YAP fəalı Güləndam Səmədova və digərləri hesabatı qənaətbəxş qiymətləndiriblər.
Tədbirdə iştirak edən millət vəkili Rüstəm Xəlilov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 20 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Onun sözlərinə görə, YAP ölkəmizin ən böyük siyasi qüvvəsidir. O, qeyd edib ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlara özünün böyük töhfələrini verir. Millət vəkili müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, o cümlədən, bu inkişafın regionların həyatında da özünü açıq şəkildə göstərdiyini vurğulayıb. YAP Sabirabad rayon təşkilatına gələcək fəaliyyətində uğurlar diləyən millət vəkili hesabatı da kafi qiymətləndirib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Yusif Hümbətov əvvəlcə ölkəmizdə həyata keçirilən böyük islahatlar haqqında məlumat verib. O, Yeni Azərbaycan Partiyasının cəmiyyətimizin lokomotivi kimi quruculuq və inkişaf proseslərinin önündə getdiyini söyləyib. “ötən il biz ölkəmizin müstəqilliyinin əldə olunmasının 20-ci ildönümünü qeyd etdik. Bu 20 ildə Azərbaycan bir çox dövlətlərin onilliklər ərzində qazana bilmədiyi nailiyyətləri əldə edib, Azərbaycan sürətlə inkişaf edib. İqtisadi potensial gücləndikcə əhalinin maddi rifahı da xeyli yaxşılaşıb. Bu gün bütün ölkədə quruculuq işləri gedir. Məhz bu uğurların nəticəsində də Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənir. Təbii ki, YAP hakim partiya kimi bu işlərdə müstəsna rol oynayır”.
Yusif Hümbətov bildirib ki, partiyanın qarşısında duran birinci vəzifə partiyamızın qurucusu, müstəqil Azərbaycanın banisi, Ulu öndər Heydər Əliyevin irsinin yeni nəslə təbliğ olunmasıdır. Onun fikrincə, bu, çox ciddi bir vəzifədir: “Biz yeni nəslə Ulu öndərin irsini, fəaliyyətini, ideyalarını təbliğ etməliyik. Ulu öndərin irsini təbliğ etməklə, biz müstəqil dövlət quruculuğunda keçdiyimiz yolu gənc nəslə çatdırmaqla müstəqilliyimizin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha onların diqqətində saxlamış oluruq. çünki bizim müstəqilliyimizin əbədi və dönməz olması Ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Bu dönməzliyi qoruyub saxlamaq, həmçinin, Azərbaycanı daha yüksək zirvələrə çatdırmaq isə bizim nəslin və gələcək nəslin missiyasıdır”. Yusif Hümbətov YAP Sabirabad rayon təşkilatının fəaliyyətini də qiymətləndirərək bildirib ki, ötən dövrlərdə bəzi çatışmazlıq olub. Ona görə də, qarşıdakı dövrlərdə bu çatışmazlıqların aradan qaldırılması istiqamətində daha səylə fəaliyyət göstərmək lazımdır.
Konfransda çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd edib ki, rayonun inkişafı ilə bağlı görülən işlərdə YAP üzvləri xüsusi fəallıq göstərirlər. O, konfransın işinə uğurlar arzulayaraq əmin olduğunu bildirib ki, partiya gələcəkdə də həm ölkəmizin, həm də bütövlükdə regionun ən böyük siyasi təşkilatı statusunu qoruyub saxlayacaq.
Daha sonra təşkilati məsələlərə baxılıb və Nadir Quliyev YAP Sabirabad rayon təşkilatının sədri, həmçinin, rayon təşkilatı Şurasının və İdarə Heyətinin yeni üzvləri seçilib. Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09

