Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Boykot qərarı radikalların mənəvi məğlubiyyətidir

Boykot qərarı radikalların mənəvi məğlubiyyətidir

21.12.2023 [13:17]

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Hüquqi və demokratik dövlət olan Azərbaycanda bütün seçkilər azad və şəffaf qaydada keçirilir. Respublikamızda demokratik, beynəlxalq təcrübəyə əsaslanan seçki sistemi mövcuddur. 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyən edib və 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi. Lakin Seçki Məcəlləsinin qəbul edilməsi ilə bütün seçkilər vahid qanunvericilik əsasında reallaşdırılır.

Hazırda gələn il fevralın 7-də keçiriləcək  növbədənkənar prezident seçkiləri ilə əlaqədar rəsmi kampaniya davam edir. Məhz demokratik seçki mühitinin göstəricisidir ki, ölkəmizdə fəaliyyət siyasi partiyalar keçirilən seçkilərdə fəal iştirak edirlər. Bu reallığı qarşıdan gələn növbədənkənar prezident seçkiləri haqqında da deyə bilərik. Seçki kampaniyasının rəsmi olaraq bir neçə gündür başlamasına baxmayaraq, bəzi siyasi partiyalar bu mühüm siyasi kampaniyada iştiraka qərar veriblər. Bu, partiyaların sivil formada siyasi mübarizə mədəniyyətini nümayiş etdirməsidir.

Təəssüf ki, müxalifətin radikal qanadı yenə də antimilli mövqe tutmaqdadır. Seçkilərə münasibətdə onlar bu dəfə də siyasi mədəniyyətdən tamamilə uzaq mövqe nümayiş etdirirlər. AXCP və Müsavat Partiyası bu “ənənəni” davam etdirir. Əslində, bu partiyalar hər zaman ümummilli məsələlərdə həmrəylikdən uzaq olub, özlərini Azərbaycan xalqından ayırıblar.  44 günlük Vətən müharibəsi zamanı, eləcə də Qarabağda keçirilən antiterror tədbirləri zamanı ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək birgə bəyanat imzalasalar da, həmin partiyalar bu həmrəyliyə qoşulmaqdan imtina etdilər. Təbii ki, sözügedən iki partiyanın antimilli fəaliyyəti ilə bağlı kifayət qədər faktlar sadalamaq olar. Lakin ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması tədbirlərində milli həmrəylikdən kənarda qalmaq onların Azərbaycan xalqına xəyanətdən başqa bir şey deyil. Bu fakt bir daha təsdiqləyir ki, Əli Kərimli kimilər xaricdəki ermənipərəst dairələrinin əlində alətdir.

AXCP və Müsavat qarşıdan gələn növbədənkənar prezident seçkilərində də qərəzli və təxrbatçı mövqe sərgiləyirlər. Əslində, kiçik bir qrupun seçkiləri boykot etməsinin həmin seçkilərin yüksək səviyyədə keçirilməsinə zərrə qədər də təsiri yoxdur. Amma burada əsas məqam həmin radikalların Azərbaycana düşmən olan xarici qüvvələrin tapşırıqlarını yerinə yetirmələridir. Bu baxımdan, sağlam rəqabətin əvəzinə təxribatları seçmək, qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır.

Nəzərə almaq lazımdır ki, “boykot” texnologiyasının hədəfi həm də cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir. Acıq nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Seçki kampaniyası dövründə radikallar, konkret olaraq Əli Kərimli kimilər cəmiyyətimizdə çaşqınlıq yaratmaq üçün hər cür addımlar atmağa hazırdır.

“Boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Daha dəqiq desək, “boykot” sifarişli təxribatdır. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. Bununla da, radikallar ucuz və hiyləgər addım atmış olurlar.

Ümumiyyətlə, dünyada mövcud olan ikili standartlar siyasəti milli dövlətlər üçün təhdiddir.  Beynəlxalq münasibətlər sistemində hələ də tüğyan edən tendensiyalar və kimlərinsə sonu bilinməyən geosiyasi “iştahaların” mövcudluğu səbəbindən hər bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə əlaqədar potensial təhdid yaşana bilər. Biz son illər bu yöndə neqativ beynəlxalq təcrübənin dəfələrlə şahidi olmuşuq. Siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir. Radikal təfəkkürün əsasında yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanıb.

Azərbaycanda radikal müxalifət ictimai nüfuz, intellektual potensial, sadiq elektorat, habelə uğurlu siyasət üçün önəmli hesab olunan bütün digər amillərdən tamamilə məhrumdur. Təbii ki, belə bir müxalifət ölkəmizə qarşı düşmən olan xarici qüvvələr üçün asanlıqla ələ alına bilir.  Lakin Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və radikalların hansı maraqlara xidmət etdiyini yaxşı bilir. Bu səbəbdən də, radikalların bütün məkrli planları iflasa məhkumdur. Digər tərəfdən, məntiq və rasionallıqdan məhrum olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların mənəvi məğlubiyyəti deməkdir.  Ötən illərin də təcrübəsi göstərir ki, radikal müxalifətin cəmiyyətimizdə sosial dayaqları mövcud deyil. Onların boykot qərarının əksinə olaraq, ölkə vətəndaşları Zəfər seçkisində daha yüksək fəallıqla iştirak edəcək!

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31