Uğurlarımızın təminatçısı!
20.12.2023 [15:32]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Bu gün müstəqil Azərbaycan dövləti özünün tarixi inkişaf dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin güclü təməllərini atdığı müstəqil dövlətimizin uğurlarının əsasında Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi dayanır. Prezident İlham Əliyev fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Ümumiyyətlə, zamanın nəbzini tutması, meydana çıxan çağırışlara adekvat siyasi xətt müəyyənləşdirməsi Prezident İlham Əliyevin üstün keyfiyyətlərindəndir. Bu baxımdan, yeni şəraitdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən islahatların önəmini xüsusi qeyd etmək lazımdır. Bu islahatların əhatə dairəsinə ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra bütün sahələr üzrə sistemli islahatların həyata keçirilməsinə başlandı. Bu islahatlar ölkənin inkişafında vacib rol oynayırdı. Amma islahatlar nəticə etibarilə torpaqlarımızın erməni işğalından azad olunmasına hədəflənmişdi. Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Məlumdur ki, 2018-ci ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar daha böyük vüsət aldı. İslahatlar siyasi sferanı da əhatə edir. Bu istiqamətdə uğurlu islahatların nəticəsidir ki, Prezident İlham Əliyev ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdığını bəyan edib. Həmçinin müxtəlif siyasi partiyalar Milli Məclisdə, həmçinin parlamentin rəhbərliyində təmsil olunurlar. Ölkədə aparılan bu milli vəhdət həm müxalifət-iqtidar münasibətlərində, həm də müxalifət partiyalarının öz aralarında konstruktiv münasibətlərinin yaradılmasına imkan verib. Həqiqətən də, Azərbaycanda siyasi münasibətlərin inkişafı, siyasi partiyalar arasında sağlam dialoq mühiti bu gün yüksək səviyyədədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar idarəetmənin təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan, ümumxalq səsverməsi vasitəsilə respublikamızda yeni idarəçilik institutunun - vitse-prezidentlik təsisatının yaradılması xüsusi olaraq vurğulanmalıdır. Ötən zaman göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması yeni nəsil islahatların həyata keçirilməsi, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından mühüm amil oldu. Birinci vitse-prezident təyin edilən Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Başqa sözlə, bu gün Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın çoxşaxəli, ictimai əhəmiyyətli fəaliyyəti ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə malikdir.
Xüsusi vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin zirvəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi dayanır. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. Bu qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Bu ilin sentyabrın antiterror tədbirləri nətcisəində isə Qarabağdakı separatizmin kökü kəsildi. Prezident İlham Əliyevin dövlət başçısı seçilməsinin 20-ci ildönümündə - 15 oktyabr tarixində üçrəngli bayrağımızı Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin zirvəsidir! Cənab Prezidentin Liderliyi ilə Azərbaycan xalqı bundan sonra da qarşıya qoyduğu möhtəşəm hədəflərə çatacaq!
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

