Hərbi qüdrətin nümayişi
07.12.2023 [11:46]
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 dekabr 2020-ci il tarixdə Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında söylədiyi “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik” fikirləri həm paradın əhəmiyyətini, həm də hədəfləri açıqladı. Zəfər paradı, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının təqdimatı oldu. Azərbaycan və Türkiyə prezidentlərinin paradı birgə qəbul etmələri dünyaya növbəti mesaj oldu. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin əsl qardaş dəstəyini gördü. İlk gündən dünyaya bu mesaj çatdırıldı ki, Azərbaycan tək deyil. Qardaş ölkə sonadək mənəvi və siyasi dəstəyini göstərdi, Zəfərimizin sevincini bizimlə eyni yaşadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında söylədiyi “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək” fikirləri də bunun təsdiqidir. Türkiyə Prezidenti bu fikirlərinin davamı olaraq onu da əlavə etmişdir ki, Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq. Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu. Azərbaycan Ordusu göstərdiyi şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimizdən, Zəfər paradından ötən üç ilin hər günü tariximizə biri-birindən əhəmiyyətli hadisələri yazıb. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərləri Böyük Qayıdışın daha da sürətlənməsi deməkdir. Tarixi Zəfərimizdən dərhal sonra cənab İlham Əliyev Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini edib. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz qurculuq meydanına çevrilib. Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Böyük Qayıdışın tam şəkildə reallaşması ilə ölkəmizin həyatında yeni mərhələ başlayacaq. 30 il işğal altında olan və üç ildir tarixi sahibinə qovuşan torpaqlarımızın malik olduğu potensialdan səmərəli istifadə etməklə daha yeni-yeni hədəflərə doğru inamla addımlayacağıq. Üç ildə soydaşlarımızın qayıtdıqları ünvanların sıralanması genişlənib. Qarşıdakı illərdə daha çox soydaşımızın dogma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Növbəti ünvan, təbii ki, Xankəndidir. Məlum olduğu kimi, bu ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin başladığı lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndiyə, Xocalıya, Ağdərəyə və Xocavəndə səfər etdi və burada Azərbaycan Bayrağını ucaltdı. 8 noyabr- Zəfər Günündə isə Xankəndi şəhərində hərbi parad keçirildi. Bu parad bir daha Ermənistana və ona havadarlıq edənlərə ciddi mesaj oldu. Dövlət başçısı İlham Əliyev hərbi paraddakı çıxışında Azərbaycanın Vətən müharibəsində Qələbəsini təmin edən amillərdən və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edərək bildirmişdir ki, üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım: “Bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün.” Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan şanlı Zəfərimizin yaratdığı yeni imkanlar fonunda yeni-yeni hədəflərə doğru inamla irəliləyir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43

