Azərbaycanın hər bir təşəbbüsü əməkdaşlığa xidmət edir
27.11.2023 [16:07]
1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü də bunun təsdiqidir. Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı Azərbaycandır. Cənab İlham Əliyev tədbirdəki çıxışında Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürünü bildirdi.
Azərbaycanın hər bir təşəbbüsü, qəbul etdiyi qərar ölkələr, xalqlar arasında əməkdaşlığın, dostluğun möhkəmləndirilməsinə, regionda sülhün, təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu ilin sentyabr ayında Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşdur. Cənab İlham Əliyev SPECA-nın Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirdi.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasət kursu həyata keçirməsinə geniş imkan yaratdığını xüsusi qeyd etdi. Bu mühüm məqam cənab İlham Əliyevin çıxışlarında xüsusi vurğulanır ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Azərbaycanın iqtisadi inkişaf strategiyasını düzgün müəyyənləşdirməsi ona davamlı uğurlar qazandırır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi layihələr dövlətlər, xalqlar arasında əməkdaşlıq körpüsüdür. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində də öz sözünü deyir.
Dövlət başçısı İlham Əliyev hər bir çıxışında Azərbaycanın qazandığı uğurlar fonunda bu gün tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri də dünya ictimaiyyətinin diqqətinə çatdırır. Zirvə görüşündə “Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi” söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi. 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik.
Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq.
Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti daim davamlı uğurları ilə dünyanın diqqətindədir.
Hazırda ikitərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsində, daha da möhkəmləndirilməsində nəzərə çarpan yeniliklər uğurlu siyasətin nəticələridir. Noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ölkəmizdə səfərdə oldu. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Prezident İlham Əliyevlə geniş tərkibdə və təkbətək görüşlərində qarşılıqlı əlaqələrin tarixi əhəmiyyətindən danışılmış, ticarət, iqtisadiyyat və enerji sahələrindəki əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdur. Görüşlərin nəticələrini mətbuata bəyanatlarında açıqlayan, qarşılıqlı etimada əsaslanan Azərbaycan- İraq münasibətlərini yüksək dəyərləndirən dövlət başçıları bu səfəri çox əlamətdar hadisə adlandırdılar. Prezident İlham Əliyev bu səfərin hər iki ölkənin siyasi, iqtisadi, ticari əməkdaşlığına böyük töhfələr verəcəyini bildirmişdir.
Göründüyü kimi, Azərbaycan daim əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Səfərlər çərçivəsində imzalanan hər bir sənəd əlaqələrin gələcək inkişafında yeni istiqamətdir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

