Qalib xalqımızın Zəfər partiyası Azərbaycanı zirvələrə aparır
21.11.2023 [16:35]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Zaman keçdikcə, illər ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin böyüklüyünü, dahiliyini daha çox hiss edirik. Ulu Öndərin Böyük Azərbaycanlı kimi xalqımızın firavan gələcəyi üçün qəbul etdiyi qərarların çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri danılmazdır.
Dahi rəhbər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti ölkəmizi daimi yüksəliş yoluna çıxarıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də yaranan Yeni Azərbaycan Partiyası da müstəqil Azərbaycanın davamlı və nəhəng uğurlara imza atmasında müstəsna rol oynayıb. Hakim partiya 31 il ərzində ölkəmizi zirvələrə, parlaq gələcəyə daşımağa qadir olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib.
Böyük şəxsiyyət Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə olan inam və etimad elə ilk gündən xalqda Yeni Azərbaycan Partiyasına inamı formalaşdırdı. Həmin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə Azərbaycanın bütün şəhər və rayonlarında Ulu Öndərin xeyir-duası ilə yaradılan partiyanın təşkilatlanması prosesi başladı. Dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiq soydaşlarımız qadağaları, çətinlikləri göz önünə alaraq partiya sıralarına daxil oldular. Hər kəsi yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək.
Ulu Öndər Heydər Əliyev partiyanın yarandığı ilk illərdə siyasi təşkilatın uğurlu gələcəyinə, xalqımızın mənafeyini təcəssüm etdirməsinə inamını belə ifadə edirdi: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.
Ölkəmizin, xalqımızın sabahının, dövlətimizin gələcəyinin parlaq olması Yeni Azərbaycan Partiyasının əsas xəttini təşkil edirdi. Ölkəmizin milli tərəqqinin yeni mərhələsinə qədəm qoyduğu bir vaxtda, Yeni Azərbaycan Partiyası üzərinə düşən vəzifələri, yeni çağırışları layiqincə yerinə yetirdi. Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verən hakim partiya daim siyasi proseslərin önündə oldu, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdi.
Yeni Azərbaycan Partiyasının hər bir qurultayında qəbul edilən qərarlar yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edib. 31 il fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasının üzərinə mühüm vəzifə və məsuliyyət düşüb. Alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət – Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı müəyyən olunub.
Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin, bugünkü uğurlarının ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz qazanılan nailiyyətlər, xalqın etimadını qazanması Yeni Azərbaycan Partiyasını yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub, dünənin, bu günün və gələcəyin partiyasına çevrib.
Ölkəmızın ictimai – siyasi həyatına hər zaman yeniliklər gətirən, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində öz dəst-xətti ilə seçilən Yeni Azərbaycan Partiyası qəbul etdiyi tarixi qərarları ilə yeni inkişaf mərhələsində öz sözünü deməyi baçarıb. Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilat olduğunu təsdiq etdi. Qüdrətli dövlət naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası 730 min üzvü olan böyük gücə çevrildi.
Ümummilli Liderimiz Heydər Əliyev partiyanın I qurultayında Yeni Azərbaycan Partiyasının təsis edilməsindən sonra onun keçdiyi yola geniş və hərtərəfli şəkildə qiymət verib: ”...Yeni Azərbaycan Partiyasının yaranması, bu münasibətlə keçirilmiş ilk konfrans... Azərbaycan xalqının və müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır... Bizim partiya sağlam düşüncə, sağlam fikir- xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı. Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır.”
Bu gün Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi Yeni Azərbaycan Partiyası Ulu Öndərin layiqli varisi, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru əzmlə irəliləyir. Dünənin, bu günün, sabahın partiyası dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi yüksəlişinin davamlılığının təmin olunmasına, milli həmrəyliyin, beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsinə, Böyük Qayıdışın yüksək səviyyədə həyata keçirilməsinə davamlı töhfələr verir. Qalib xalqımızın Zəfər partiyası Azərbaycanı zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

