“Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü
07.11.2023 [10:43]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Qarabağ münaqişəsi Azərbaycanın son yüz ildə yaşadığı çətin, ağrılı problemdir. XX əsrin 90-cı illərdə yaşanılan şərait qiymətləndirilərkən müstəqilliyini qazanan bir dövlət üçün xarici havadarlara arxalanan namərd qonşudan zərbələr alması vəziyyəti daha mürəkkəbləşdirirdi. Ermənilərin əsassız torpaq iddiaları qarşısında peşəkar, sistemli orduya sahib olmayan, iqtisadi cəhətdən çətinliklər yaşayan Azərbaycan tək mübarizə aparırdı. Hakimiyyətdə hökm sürən siyasi səriştəsizlik itkilərimizin səbəbi idi. Təəssüf ki, I Qarabağ müharibəsində 10 mindən çox şəhid verdik, 4 mindən çox vətəndaşımız itkin düşdü. Ərazimizin 20% işğala məruz qaldı, 1 milyondan çox soydaşımız 30 il köçkünlük həyatı yaşadı.
Ötən illər ərzində Azərbaycan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə çalışdı. Bununla bərabər müstəqil dövlət üçün zəruri sayılan peşəkar orduya sahib oldu. 90-cı illərin qarışıq vəziyyətindən istifadə edərək “qələbə” qazanan ermənilər Azərbaycanın bu səbrini fərqli anlayaraq daha da azğınlaşırdı. Ölkəmizin yaşadığı itkiləri öz qüvvələri sayaraq himayədarlarının kölgəsinə sığındıqlarını unudurdular. Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi, müdafiə naziri David Tonoyanın “yeni torpaqlar üçün yeni müharibə” çağırışı və buna bənzər müxtəlif illərdə Ermənistan hökümətinin səsləndirdiyi fikirlər məsələnin həllində danışıqların nəticə verməyəcəyini göstərirdi.
2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərdi, ölkədə möhtəşəm milli birliyə nail olundu və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etdi. Sonda hədəfinə çatan ölkə başçısı ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı isə Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ tamamilə işğalçılardan təmizləndi və erməni separatizminə son qoyuldu.
Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev bizə növbəti qələbənin sevincini yaşatdı. Aylı-ulduzlu bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını gerçəkləşdirdi, şanını-şöhrətini bütün dünyaya yaydı.
Azərbaycan Prezidenti Xankəndi şəhərinin mərkəzi meydanında bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək demişdir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Dövlət-xalq-ordu birliyi, Ölkə başçısı cənab İlham Əliyev siyasəti, xalqın liderinə olan inamı, Azərbaycan əsgərinin yüksək peşəkarlığı qarşısında Ermənistan Azərbaycan ordusu qarşısında diz çökməyə məcbur oldu. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.Qarabağ Azərbaycandır!
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

