/ / Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır
Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır
31.10.2023 [10:50]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Azərbaycan dünyada neft, mavi yanacaq, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısı kimi tanınır. Son 30 il ərzində Azərbaycana qoyulan ümumi investisiyaların həcmi 300 milyard ABŞ dollarından çox olub və bunun da təqribən 100 milyarddan çoxu məhz neft-qaz sektorunun payına düşür. Azərbaycanın təşəbbüsü ilə regional əhəmiyyətə malik olan çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib. Avropanın enerji təminatında vacib rol oynayan ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı bərpa olunan enerji istehsalı sahəsində də öz sözünü diktə etmək iqtidarındadır. Qlobal iqtisadi sistemin bir parçası olan Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı beynəlxalq təşkilatlar qarşısında üzərinə müəyyən öhdəliklər götürüb. Söhbət karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərdən gedir. Öhdəliyə əsasən Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 %-dək azaltmalı və işğaldan azad edilmiş ərazilərdə "netto sıfır emissiya" zonası yaratmalıdır. Göründüyü kimi, artıq bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.Məsələn, 230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olduqca ciddi əhəmiyyət kəsb edir. Günəş Elektrik Stansiyasının açılışında çıxış edən Prezident İlham Əliyev bu elektrik stansiyasının regionumuzda ən böyük günəş elektrik stansiyası olduğunu qeyd edərək Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihənin üstünlüklərinə toxunub. Gələcəkdə 1 qiqavat həcmində bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanmasını Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi kimi qiymətləndirib. Ölkə başçısı bildirib ki, birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir.
Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdirilir. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, onların ümumi gücü 270 meqavata çatdırılacaq. İki-üç ildən sonra hidroelektrik stansiyalarının gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə yeni və mühüm bir töhfə olacaqdır. Yaşıl enerji istehsalı layihələrində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan mühüm rol oynayır. Bu ərazilər yaşıl enerji zonası elan olunub və yaxın illərdə bərpa olunan enerji resurslarının istehsalı üçün sərmayələrin əhəmiyyətli hissəsi də məhz bu regionlara qoyulacaq.
Bu uğurlar vaxtilə əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli enerji siyasətinin İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilməsinin nəticəsidir.
Şərti olaraq IV Sənaye inqilabı adlandırılan yeni dövrün əsas əlamətlərindən biri də yaşıl enerjidir. Hansı ölkə bərpa olunan enerji sisteminə daha tez transformasiya olunsa, o yeni tarixi sınaqdan üzü ağ, qalib kimi çıxacaqdır. Artıq daş kömür, neft-qaz öz yerini bərpa olunan enerjiyə verir. Son dövrlərdə qaz və elektrik enerjisi ilə çalışan makinaların sayının artması bunu deməyə imkan verir. Dünyanın yeni enerji mənbələrinə ciddi ehtiyacı vardır. Bunlardan biri də hidrogen enerjisidir. Prezident məlum çıxışında məhz bu həqiqətə toxunaraq qeyd etdi: "Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik".
Prezident öz çıxışında ölkəmizdə yeni sənaye inqilabının enerjisini hazırlayan bölgələrin də xəritəsini cızaraq bildirdi ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Eenerji resursları ilə zəngin olan ölkəmiz yeni mərhələyə ciddi şəkildə hazırlaşır. Gələcəyimizin bu gün etibarlı dayaqlar üzərində qurulması sayəsində Azərbaycan özünün həm iqtisadi bünövrəsini möhkəmləndirir, həm də yeni bazarlar üçün keyfiyyətli məhsullar, xidmətlər hazırlayır.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

