Ölkəmiz üçün tarixi bir gün
20.10.2023 [13:04]
Məlum olduğu kimi Prezident İlham Əliyevin oktyabrın 15-də Ağdərəyə, Xocalıya və Xankəndiyə səfər etmişdir. Dövlətimzin başçısı Xocalı və Xankəndidə Azərbaycan Bayrağını qaldıraraq xalqına vermiş olduğu sözləri tutduğunu bir daha göstərdi.
Bu səfər cənab İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümü gününə təsadüf edirdi. 15 oktyabr 2003-cü il təqvimi kimi, 15 oktyabr 2023-cü il təqvimi də ölkəmiz üçün tarixi bir gün oldu.
Prezident cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı ucaltdıqdan sonra xalqa müraciətində bildirdi ki, 20 il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.
“Biz istədiyimizə nail olduq. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.” - deyən dövlətimizin başçısı Azərbaycan xalqının onilliklər ərzində olan arzularının çin, ləyaqətinin bərpa olunduğunu vurğuladı.
Prezidentimiz cənab İlham Əliyev böyük sevinc və qürur hissi ilə qeyd etdi: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.”
15 oktyabr günü müasir tariximizin zirvə nöqtəsidir, desək əlbəttə ki yanılmarıq. 15 oktyabr 2003-cü ildə qədirbilən Azərbaycan xalqı cənab İlham Əliyev Prezident seçməklə ölkəmizin inkşafında, tərəqqisində yeni səhifə açdısa, tarixi Zəfərə gedən yolda böyük bir addım atdısa, 15 oktyabr 2023-cü ildə ölkə başçısı Xankəndidə Azərbaycan bayrağını ucaltması ilə dövlətimizin bütövlüyünü tam şəkildə dünyaya təsdiq etmiş oldu.
Azərbaycanın Dövlət Bayrağının Xankəndidə dalğalandırılması ilə xalqımızın son 30 illik arzusu reallaşdı. 2003-cü ildə məsuliyyətli, şərəfli və olduqca ağır vəzifəni öz çiyninə götürən Prezident cənab İlham Əliyev xalqına vəd etmişdir ki, bu tarixi gün gələcək.Məhz 15 oktyabr günündə Dövlət başçımız vədinə sadiq qalaraq bayrağımızı tarixi torpaqlarımızda yüksəltdi. Bu həm də Ümummilli liderin ən böyük arzusunun reallaşması deməkdir.
Cənab Prezident çıxışında AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyətinə toxunaraq, məhz onların xainliyi üzündən ərazilərimizin işğal altına düşdüyünü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildiklərini xatırlatdı. Ölkə başçıcı həmicinin bildirdi ki, yenə Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq.
Dövlətimizin başçısı çıxışında xatırlatdı ki, bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca, onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Cənab Prezident çıxışında Ulu öndərin ölkəmiz, xalqımız qarşındakı misilsiz xidmətlərində, fədakarlığından bəhs edib.
Xankəndidə, eləcə də Xocalı və Xocavənddə Azərbaycan Bayrağının ucaldılması hər bir şəxsdə qürur və sevinc hissləri yaratdı.
Əminliklə demək olar ki, bu gün Ümummilli lideimiz Heydər Əliyevin və şəhidlərimizin ruhu şaddır.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58

