Əsas missiya
16.10.2023 [15:48]
2003-cü ilin 15 oktyabrı müstəqil Azərbaycanın yeni minillikdə ilk prezident seçkiləri günü, dövlətçilik tariximizdə isə şanlı eranın başlandığı zamandır. Həmin gün qədirbilən Azərbaycan xalqı tarixi seçim edərək işıqlı sabaha, tərəqqiyə, təhlükəsizliyə və gələcək zəfərlərə səs verdi. Xalq, onu zülmətdən, xaosdan, Azərbaycanı məhv olmaq təhlükəsindən qurtaran Ulu Öndər Heydər Əliyevin tarixi çağırışı ilə siyasi məktəbinin ən layiqli məzununa – cənab İlham Əliyevə yüksək etimad göstərdi. Xalqdan mandat alan cənab İlham Əliyev isə Azərbaycan tarixinin möhtəşəm epoxasının memarına çevrildi.
Cənab İlham Əliyev Prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar ataraq müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olması naminə mühüm işlər görmüşdür. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın müttəfiqlərinin və dostlarının sayı artdı.
Həyata keçirilən düşünülmüş daxili siyasət nəticəsində ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ildən ilə artmağa başlamış, şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatın yaradılmasına nail olunmuşdur. Nəhəng infrastruktur layihələri həyata keçirilmiş, ölkənin hər bir bölgəsində müasir standartlara cavab verən təhsil və səhiyyə ocaqları, gənc nəslin sağlam inkişafına zəmin yaradan Olimpiya İdman Kompleksləri tikilərək istifadəyə verilmişdir.
Cənab Prezident İlham Əliyevin irəli sürdüyü regional və beynəlxalq əhəmiyyətli enerji layihələri uğurla reallaşdırılmış, bütün bunların nəticəsində isə Azərbaycan dünyada möhkəm əsaslı nüfuz sahibinə çevrilməyi bacarmışdır. Bununla da dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu təsbit etmişdir.
Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin əsas məqsədlərindən biri ölkənin 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyünün bərpasına nail olmaq idi. Ən ali məqsədlərdən olan ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına 2020-ci ilin 27 sentyabrında başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərlə nail olduq. Cari il sentyabrın 19-da isə antiterror tədbirlərinin nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi ədaləti bərpa edərək ölkəmizin suverenliyini təmin etdi.
Müstəqilliyinin ilk illərində Azərbaycan əsassız şəkildə Ermənistan tərəfindən təcavüzə məruz qalmış, uzunmüddətli münaqişəyə cəlb edilmişdir. İşğalla üzləşməsinə baxmayaraq ölkəmiz münaqişənin sülh yolu ilə həllində maraqlı olmuş, lakin sülh danışıqları nəticə verməyəcəyi halda hərb variantının da qaçılmaz ola biləcəyini bəyan edirdi. Təbii ki, ölkə Prezidenti İlham Əliyev davamlı olaraq ordu quruculuğu ilə məşğul olur, Azərbaycan Silahlı Qüvvələrinin arsenalı ən müasir silah-texnika ilə təchiz edilirdi. Bütün bunların nəticəsi isə artıq dünyaya məlumdur. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa, Şərqi Zəngəzura deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.
Bu gün qürurla, fəxarətlə deyə bilərik ki, məhz cənab İlham Əliyevin müdrik siyasəti ilə Azərbaycan cəmi 20 ildə bir çox dövlətin 100 ildə əldə edə bilmədiyi nailiyyətləri qazanıb və bu gün siyasi, iqtisadi və hərbi gücünə görə adı dünyanın qüdrətli ölkələri sırasında çəkilir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan kimi cənab İlham Əliyev sərkərdə qətiyyəti ilə 200 illik terrorçu-separatçı erməni avantürasını məhv edib, “böyük Ermənistan” xülyasını tarixdən birdəfəlik silməklə Azərbaycan xalqının qəlbində əbədi heykəlini ucaldıb.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxHadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40

