Azərbaycan əməkdaşlıqda maraqlıdır
13.10.2023 [16:16]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.
Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğu və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verdiyi, Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarı olduğu vurğulayıb. Dövlət başçımız müraciətində bir neçə gün öncə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivlərinə də toxunub. Dövlət başçımız müraciətdə Azərbaycanın daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi oluduğunu, regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış etdiyini, ölkəmizin 3+3 əməkdaşlıq formatını irəli sürdüyünü vurğulayıb. Eyni zamanda müraciətdə hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yarandığı diqqətə çatdırılıb.
Müraciətdə həmçinin Azərbaycanın təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi öz əksini tapıb. Habelə ölkəmizin milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə olduqca mühüm işlər gördüyü diqqətə çatdırılıb. Qeyd edilib ki, dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.
Prezident cənab İlham Əliyev müraciətində 2020-ci ildə Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda aparılan irimiqyaslı bərpa-quruculuq işlərindən bəhs edərək məlumat verib ki, qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Eyni zamanda dövlət başçımız Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkürünü bildirib. Cənab İlham Əliyev bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirib.
“İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır” Deyən ölkə başçısı uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtmasının təmin olunduğunu, növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Müraciətində erməni vandalizminə də toxunan cənab İlham Əliyev 30 illik işğal zamanı düşmənin bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən ziyan vurduğunu, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan etdiklərini, qalan məscidlərdə isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törətdiyini, bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktının aşkar edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçımız bildirib ki, bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.
Gələcək planlar, qarşıya qoyulan hədəflərdən bəhs edən ölkə başçısı
Azərbaycanın etibarlı tranzit ölkəsi olduğunu, Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəflədiyini, həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunduğunu məlumat olaraq bildirib. Cənab İlham Əliyev ünvanladığı müraciətdə Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışdığını diqqətə çatdırıb.
Beləliklə, Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası iştirakçı ölkələrin və bütövlükdə regionun davamlı inkişafına töhfə verməklə yanaşı, eyni zamanda Azərbaycan həqiqətlərini , mövcud reallıqları diqqətə çatdırılması baxımından da olduqca əhəmiyyətli platforma kimi yadda qaldı.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

