Hərbi-siyasi qələbə
04.09.2023 [12:09]
Tarix boyunca “miskin millət” obrazını təbliğ edən rəsmi İrəvanın manipulyasiyaları həqiqətin təhrif olunması və süni qalmaqallar üzərindən qurulmuşdu. Odur ki, Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında aparılan oyunları bilavasitə Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsinin təzahürü kimi qəbul olunmalıdır.
“Laçın” sərhəd-buraxılış məntəqəsi ilə bağlı Erməni manipulyasiyalarının strateji hədəfi təxribatlar yarada bilməkdir. Odur ki, “humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu aşkar edir ki, Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın marağındadır. Xankəndi və ətrafında yaşayan ermənilərin sosial mediaya çıxışını əngəlləmək ilk növbədə Ermənistanın marağındadır. Bununla da həmin ərazidə olan həqiqi vəziyyət haqqında internetdə məlumatların yayılmasının qarşısı alınır. Sözügedən amil isə öz növbəsində qərəzli manipulyasiyalar üçün əlverişli şərait yaradır. Riyakar və məkrli xislətə malik Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi.
Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.
Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Həmçinin Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.
Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19

