“Laçın” sərhəd-buraxılış məntəqəsi ən böyük uğurlardan biridir
31.08.2023 [11:30]
Şanlı Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbə ilə ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad etdi və bununla da suveren ərazi bütövlüyümüz bərpa olundu. Bununla belə hətta məğlub durumda olan Ermənistan özünün xarici havadarlarının təhriki və dəstəyi ilə yenə də ölkəmizə qarşı müəyyən təxribatlar törətməyə davam edir. Məhz belə cəhdlərin qarşısını almaq üçün Azərbaycan dövləti öz vətəndaşlarının və ərazilərinin təhlükəsizliyini təmin etmək məqsədilə suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması kimi, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olan addım atmaq qərarına gəldi. Beləliklə, 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Lakin bu gün erməni yalanlarının dünya ictimaiyyəti tərəfindən inkarolunmaz həqiqətlər kimi qəbul olunduğu illər artıq çoxdan keçmişdə qalıb. Azərbaycan Ermənistanı təkcə hərb meydanlarında deyil, həm də siyasi-diplomatik müstəvidə ağır məğlubiyyətə uğradıb. Həm də dəfələrlə. Bundan sonra Azərbaycan heç bir xarici qüvvəyə özünün daxili məsələlərinə müdaxilə etmək imkanı verməyəcək. Laçın da ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin siyasi iradəsinin nümayişi faktı ölkə prezidenti cənab İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə apardığı telefon danışığında da öz əksini tapmışdır. Möhtərəm dövlət başçımız bir daha erməni riyakarlığını ifşa edərək demişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
Birmənalı olarq demək lazımdır ki, Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. O cümlədən “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri məhz bu məqsədlə yoxlayırlar. “Laçın” sərhəd-buraxılış məntəqəsində 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılması da dövlətimiz tərəfindən atılmış bu addımın nə qədər düzgün olduğunu bir daha təsdiq edir. Məlum olduğu kimi, hərbi cinayətkar Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndinə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi qətlə yetirmişdir. Azərbaycan tərəfindən Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı görülən bütün tədbirlər beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.
Heç bir şübhə yoxdur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

