Erməni riyakarlığı fiaskoya uğradı
21.08.2023 [11:03]
2020-ci ildə 44 günlük müharibə zamanı ağır məğlubiyyətə uğrayan və kapitulyasiya aktına imza atan Ermənistan hazırda reinteqrasiya prosesinə maneə törətmək cəhdlərinə əl atır. Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki, Azərbaycan çoxmillətli dövlətdir və milli azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur.
Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına, eləcə də sülh prosesinə əngəl törətmək üçün rəsmi İravan davamlı təxribatlarla məşğul olur. Əvvəlcə hərbi təxribatlar törədən Ermənistan hazırda erməni lobbisi və Qarabağdakı separatçılarla birgə digər istiqamətlərdə də təxribatlarla məşğul olur. Beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmaq üçün “blokada” və ya “humanitar böhran” şousu xüsusilə gündəmdədir. Təbii ki, bu şounun yaradılmasında erməni lobbisi, eləcə də anti-Azərbaycan mövqeyi ilə seçilən Fransa hökuməti böyük canfəşanlıq edir.
“Blokada” və “humanitar böhran” şousu üzərindən riyakar niyyətinə nail olmağa çalışan Ermənistanın növbəti avantürası iflasa uğradı. Belə ki, rəsmi İrəvan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışırdı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Təbii ki, ölkəmizin diplomatik müstəvidə qazandğı uğurlarının əsasını Prezident cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti təşkil edir. Prezident cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması Təhlükəsizlik Şurasında Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi.
Təhlükəsizlik Şurasındakı müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir. Bu da onu təsdiq edir ki, Azərbaycan öz mövqeyində haqlıdır və Ağdam-Xankəndi yolu mütləq açılmalıdır. Təhlükəsizlik Şurasındakı müzakirələr həmçinin Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi. Bir sözlə, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

