Möhtəşəm diplomatik qələbə
19.08.2023 [12:28]
Ermənistan və arxasında duran bəzi siyasi yengələr bu dəfə də ağır diplomatik məğlubiyyətə uğradılar.
30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayan Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək torpaqlarını işğal altında saxlayan, bütün mədəni-tarixi abidələri vandalcasına dağıdan Ermənistan qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. O yardım ki, əslində “humanitar” adı altında yenidən bölgəyə silah-sursat soxmağa cəhddən başqa bir şey deyildir.
Məlumdur ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Hamı başa düşür ki, Azərbaycan beynəlxalq hüququn heç bir müddəalarını pozmamışdır. Yalnız öz suveren ərazisində qayda-qanun yaratmaq nə vaxtdan genosid olduğunu ermənilər düşünə və uydura bilərlər. Bunu da Azərbaycan diplomatiyası fakt və dəlillərlə dünya ictimaiyyətinə çatdırdı. Qeyd edək ki, bu diplomatik qələbənin əsasını Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin yürütdüyü uğurlu xarici siyasət təşkil edir.
Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi.
Konkret olaraq Ermənistanın BMT-yə Qarabağda humanitar böhran iddialı müraciətinə əsasən avqustun 16-da bu qurumun Təhlükəsizlik Şurasında keçirilmiş müzakirənin nəticəsini hərbi məğlubiyyətdən də ağır məğlubiyyət kimi qiymətləndirmək olar. Bəli, nəinki İrəvanın, eləcə də xaricdəki ermənipərəst qüvvələrin gözləntiləri puç oldu. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endi.
Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamaqla BMT TŞ-sı Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət qurumu olmayacaq.
ABŞ, Türkiyə, Rusiya, Çin, Yaponiya nümayəndələrinin müzakirədəki mövqeyini İrəvan üçün ciddi siqnal saymaq mümkündür. Bu çıxışlar göstərdi ki, Ermənistanın ətrafında böyük ajiotaj qaldırdığı Qarabağda humanitar böhran şousuna birmənalı yanaşma yoxdur. Dünyanın aparıcı qütbləri prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyü prizmasından çıxış edirlər. Hətta, bəzi məqamlarda ABŞ və Rusiya nümayəndələrinin nitqlərində İrəvanın yapışa biləcəyi detallar olsa da, Azərbaycanın qəti mövqeyi ilə hesablaşma var. Türkiyənin münasibəti birbaşa ölkəmizin xeyrinə idisə, digər dövlətlər təxminən bunu dedilər: biz güclünün haqqını tanıyırıq. Ən pis halda güclünün haqqının tapdanmasına razı deyilik. Güclü isə Azərbaycandır. Azərbaycan həm də ona görə güclüdür ki, onun mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki, Azərbaycan çoxmillətli dövlətdir və milli azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur.
Bu diplomatik qələbə bir daha sübut etdi ki, Azərbaycan dövlət kimi bütün beynəlxalq hüquq normalarına əməl edir. Azərbaycan liderinin həyata keçirdiyi siyasət heç bir dövlətə, xalqa qarşı yönəkməyib, əksinə regionda sülhə və əmin-amanlığa xidmət edir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

