Ermənistana ciddi mesaj
07.08.2023 [15:14]
Ölkə Prezidenti İlham Əliyevin tarixi Zəfərimizdən sonra yerli və xarici mətbuata müsahibələrinə, beynəlxalq tədbirlərdə çıxışlarına diqqət yetirsək görərik ki, şanlı Qələbəmizin Azərbaycanın, regionun bu günü və gələcəyi üçün yaratdığı imkanlar əsas müzakirə mövzusu olaraq geniş təhlil edilir, hədəflərimiz açıqlanır. “Euronews” televiziyasına müsahibəsində dövlət başçısı İlham Əliyev diqqəti hazırkı dövrün əsas çağırışlarından olan Ermənistanla münasibətlərdə yeni səhifənin açılması, qara səhifənin bağlanması istəyimizə yönəldərək bildirdi ki, keçirilən görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir. Məsələn, sərhədlərin gələcək parametrləri ilə bağlı, çünki Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır. Sovet İttifaqının süqutu ərəfəsində təcavüzlə üzləşdik. Dövlət başçısı özlüyündə yaranan bu sualları da diqqətə çatdırdı: “İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Çünki İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir.” Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Keçirilən görüş yaxşı mühit yaradır. Cənab İlham Əliyev belə bir inamı ifadə edir ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik. Xatırlasaq, Azərbaycan qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edərkən onun masa üzərində uzun müddət qala bilməyəcəyini də bəyan etmişdi. Təbii ki, hazırkı Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Bugünkü Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycandır. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdığı mifləri dağıtdı. Erməni ordusunu ən güclü ordu, erməni xalqını məğlubedilməz xalq kimi təqdim edən ermənilər və onlara illərdir havadarlıq edən dövlətlər həqiqəti qəbul etmək məcburiyyətində qaldılar. Həqiqət bundan ibarətdir ki, ən güclü ordu Azərbaycan Ordusudur. Azərbaycan xalqı hər zaman yenilməzliyi, məğrurluğu, tarixinə sahib çıxa xalq olması ilə diqqətdə olub. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi. “Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq” bildirən cənab İlham Əliyev qeyd etdi ki, otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acılara baxmayaraq, biz qisas almadıq: “Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.” Sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda Ermənistan Azərbaycan tərəfindən irəli sürülən, beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini dəstəklədiyi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, sonrakı dövrlərdə törətdiyi təxribatlarla, heç bir əsasa söykənməyən təbliğatları ilə bu prosesə əngəl törətməkdə maraqlı olduğunu açıq-aydın nümayiş etdirir. Ermənistan 30 illik işğal dövrünün ab-havası ilə yaşasa da, unutmamalıdır ki, bu gün şərtləri diktə edən Azərbaycandır. Dövlət başçısı İlham Əliyevin “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq” çağırışı Ermənistana ciddi mesajdır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46

