Azərbaycan regionun güc mərkəzinə çevrilib
10.07.2023 [15:11]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. İyulun 5-də Bakı Konqres Mərkəzində, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşü ölkəmizin artıq regionun güc mərkəzinə çevrildiyinin təsdiqidi idi.
120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatı son üç il ərzində Müstəqil Azərbaycanın sədrliyi ilə ən uğurlu dövrünü yaşayır. Xüsusi ilə, dünyanın ağır pandemiya dövründə Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə real təşəbbüsləri, qəbul etdiyi qərarları ilə, yer kürəsinin başının üstünü alan fəlakətlə mübarizədə öz işinin öhdəsindən layiqincə gəldi.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə dünyada baş verən hadisələrin, mövcud çətinliklərin təhlili fonunda təşkilatın bəşəriyyət üçün faydalarını nümayiş etdirdi. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan qlobal həmrəyliyin və əməkdaşlığın vacibliyini önə çəkərək bu istiqamətdə davamlı addımlar atdı. Ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib.
Azərbaycan eyni zamanda, müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin inkişafına, transmilli layihələrin reallaşdırılmasına və qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən regional güc kimi qəbul edilir. Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə əsas müzakirə mövzularından biri də müasir dünyamızda milli azlıqların hüquqlarını tapdalayır Fransanın yürütdüyü müstəmləkəçilik siyasəti olub. Dövlətimizin başçısı çıxışında bəyan edib: “Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir”.
Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın, riyakarlıq və ikili standartların baş alıb getdiyinin açıq-aydın təzahürü olduğunu təsdiq edir.
Ölkə Prezidentimiz cənab İlham Əliyev çıxışında özünü insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın hələ də digər ölkələrin daxili işlərinə qarışdığına da toxundu. Öz qonşu dövlətlərinin daxili işlərini qarışıqlıq salan Fransa Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatizmini qızışdırır, onların reinteqrasiyasına mane olur. Fransa unudur ki, mənfur cəhdləri Cənubi Qafqaz regionunda heç bir nəticə verməyəcək. Məhz Prezident cənab İlham Əliyevin siyasi qətiyyəti ilə Bakıda keçirilən toplantı çərçivəsində Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradıldı. Bu, qrupun irəli sürdüyü bütün təşəbbüslər beynəlxalq hüquqa əsaslanmaqla, bəşəri dəyərlərin qoruyur.
Bu da, o deməkdir ki, 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək regionda yeni reallıqlar yaradan Azərbaycanın əsas hədəfi dünya xalqlarının xoşbəxt və firavan gələcəyininə, bəşəriyyətə mühüm töhfələr verməkdir
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

