Müstəqil Azərbaycanın əldə etdiyi hər bir nailiyyət Heydər Əliyev siyasətinin təntənəsidir
24.06.2023 [11:36]
Bu gün birmənalı olaraq demək olar ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifidir. Belə ki, Onun 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı zamanı Azərbaycanın hansı faciələrlə üz-üzə olduğu hamımıza bəllidir. Müstəqilliyini yenicə bərpa edən Azərbaycan onu itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Məhz Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, idarəçiliyi, ən əsası Vətəninə, xalqına bağlılığı Azərbaycanı bu təhükələrdən xilas etdi. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı, insanları narahat edən, xalqı vahiməyə salan təhlükələr dəf edildi, xaos, anarxiya, hakimiyyət böhranı aradan qaldırıldı. Buna görə də Ulu Öndər Heydər Əliyev xalqımızın tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu.
Heç şübhəsiz, Ulu Öndərin hakimiyyətinin hər iki dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində atdığı hər bir addımın təməlində Azərbaycanın müstəqil gələcəyi, xalqımızın azad, firavan həyatı dayanırdı. Ulu Öndərin fəaliyyətinin Naxçıvan mərhələsində xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi.
Həmin illərin ən mühüm tarixi hadisələrindən biri hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Bu tarixi hadisənin Azərbaycan üçün əhəmiyyəti dövlət başçısı İlham Əliyevin 2021-ci il martın 5-də tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox” fikirlərində özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə partiyanın fəaliyyətinin bələdçisi oldu.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli xahişi əsasında hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan quruldu, dövlətçiliyimizin əsasları yaradıldı, ilk Konstitusiya qəbul olundu, siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, ordu quruculuğu istiqamətində mühüm addımlar ataraq möhkəm təməl formalaşdırdı. Eyni zamanda Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyası bu gün Azərbaycana böyük uğurlar qazandırmaqdadır. Hazırda Azərbaycan dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz sahibidir. Respublikamız dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Ən əsası da odur ki, müstəqil dövlətimiz sözünün imzası qədər dəyəri olduğunu dünyada cərəyan edən proseslərə təsir imkanları ilə təsdiqləyir.
Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzusunun xeyli hissəsini 1993–2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi. Heydər Əliyevin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Ulu Öndərin Azərbaycanı qalib, ərazi bütövlüyünü təmin edən ölkə kimi görmək arzusunu yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Beləliklə, müstəqil Azərbaycanın əldə etdiyi hər bir nailiyyət Heydər Əliyev siyasətinin təntənəsidir. Cənab İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə müraciət edərək verdiyi hər bir vədin yerinə yetirilməsi bu günümüzün reallıqlarında öz əksini tapır: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür” fikirləri dahi şəxsiyyətin böyüklüyünün, xeyirxah əməllərinin, çoxşaxəli fəaliyyətinin təqdimatıdır. Çünki Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik həyata keçirdi və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi və lideri kimi həkk etdi.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

