Heydər Əliyev xalqımızın mənəviyyatında və ruhunda əbədi yaşayacaq
23.06.2023 [10:48]
Azərbaycanın, eləcə də Şərq opera sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyov ümumi mədəniyyətə və xalqının tərəqqisinə töhfələr vermiş şəxsiyyətlərdəndir. Bir əsrdən çox vaxt ərzində səslənən Üzeyir musiqisi Azərbaycan xalqının canına, qanına hoparaq onun bədii mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.
Sənətdə, musiqi mədəniyyətində millilik və beynəlmiləlçilik anlayışını Üzeyir Hacıbəyov Qərb və Şərqin, milli və dünya mədəniyyətlərinin nailiyyətlərinin üzvü sintezi kimi təqdim edirdi. Azərbaycan musiqisinin gələcək yolu da məhz dahi bəstəkarın irəli sürdüyü, əsasını qoyduğu yol oldu. Bu gün Azərbaycan musiqisinin beynəlmiləl əhəmiyyət kəsb etməsində Üzeyir Hacıbəyovun yaradıcılığının və şəxsiyyətinin böyük rolu vardır.
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, milli musiqi sahəsinə münasibətdə də ciddi dönüş oldu. Bu dönüşün müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur.
Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan Ümummilli Lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli dahi bəstəkar Üzeyir Hacıbəyova xüsusi sevgisi və rəğbəti vardı.
Ulu Öndərin Fərmanı ilə 1995-ci ildə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
Üzeyir Hacıbəyov şəxsiyyətinə və yaradıcılığına böyük dəyər verən Ulu Öndər Heydər Əliyev dahi bəstəkarın anadan olmasının 110 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində deyirdi: "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.
Ulu Öndərin, Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbirdəki məruzəsi bu gün də yaddaşlarda yaşayır. O, dahi şəxsiyyətin həm publisistikasından, həm dramaturgiyasından, həm pedaqoji fəaliyyətindən, həm alimlik məharətindən, həm Azərbaycan ictimai-siyasi həyatındakı xidmətlərindən, həm də ictimai xadim kimi gördüyü işlərdən dolğun məlumat verərək, dinləyiciləri valeh etmişdi. Ümummilli Lider Heydər Əliyev həmçinin dahi bəstəkarın operalarından, operettalarından, digər musiqi əsərlərindən, onun üç hakimiyyətin - çar Rusiyası, Azərbaycan Demokrat Respublikası və sovetlər dövründə yaşadığını qeyd etmiş, onun vətənpərvərliyini xüsusi vurğulamışdır: "Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq”.
“Azərbaycan tarixi mədəniyyət, elm, ədəbiyyat, memarlıq sahəsində çox zəngindir. Bunların içərisində ən görkəmli yer tutan, dünyada məşhurlaşmış, dünyanm hər yerinə yayılmış musiqi əsərlərini yaradan və Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirən, formalaşdıran və dünyaya təqdim edən Üzeyir Hacıbəyov olmuşdur” deyən Ümummilli Lider Heydər Əliyev Üzeyir bəy fenomenini qiymətləndirə bilən dövlət xadimi idi.
Musiqi mədəniyyətimizdə silinməz iz qoyan dahi bəstəkar Üzeyir bəy və Azərbaycan mədəniyyətini və incəsənətini dərindən bilən, inkişafına çalışan Ulu Öndər Heydər Əliyev xalqımızın mənəviyyatında və ruhunda əbədi yaşayacaqdır.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 19:16
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02

