Yeni imkanlar yaranır
19.06.2023 [12:16]
Azərbaycan-Türkiyə qardaşlığı daim dünyanın diqqətindədir. Bu birlik, həmrəylik bir nümunə kimi qeyd edilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimalı Kipr Türk Respublikasının ardınca Azərbaycana dövlət səfəri bu qardaşlığın daha bir nümunəsi oldu. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşdə “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda çox sevirlər. Siz bizim əziz qonağımızsınız” söyləyərək bu mühüm məqamı da xüsusi qeyd etdi ki, hər zaman olduğu kimi, görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq.
Səfər çərçivəsində Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak etdilər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan dünya mədəni irsi abidələrindən sayılan İçərişəhəri ziyarət etdilər, həmçinin Bakıdakı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış oldular.
Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər, müzakirə edilən məsələlər əlaqələrin yeni prioritetlər üzrə inkişafında hər zaman əhəmiyyətli rol oynayır. Bu səfər də əlaqələrimizin inkişafında yeni mərhələ olacaq. Belə bir fikir daim vurğulanır ki, iki qardaş ölkənin qətiyyəti, siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri bölgədə sabitliyin və təhlükəsizliyin qarantıdır. Bu layihələr ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması hər iki dost ölkənin artan nüfuzunun, etibarlı tərəfdaş kimi mövqelərinin möhkəmlənməsinin göstəricisidir.
Səfərin mahiyyətini, eyni zamanda, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəfləri özündə ehtiva edən Prezidentlərin mətbuata birgə bəyanatlarında iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar və onların fonunda əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi.
“Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm də heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır” fikirləri ilə iki ölkənin keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradan dövlət başçısı İlham Əliyev bu inamı da ifadə etdi ki, Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

