Qardaşlıq əlaqələri sarsılmazdır
19.06.2023 [10:39]
Azərbaycan və Türkiyə dost-qardaş ölkələrdir. Ölkələrimizin qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. İki ölkə həm sevincli günlərdə, həm də kədərli günlərdə bir-birinin yanındadır. Qardaş ölkə Vətən müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan etmiş və son günə qədər öz siyasi dəstəyini əsirgəməmişdir. İki il öncə isə Şuşada imzalanan Bəyannamə ilə ölkələrimiz rəsmən müttəfiq oldular.
İyunun 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Prezidentlərin mətbuata bəyanatı zamanı Prezident cənab İlham Əliyev Şuşa Bəyannaməsinə diqqət çəkərək bildirdi ki, Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır və bu Bəyannamə tarixi anlaşmadır. Şuşa Bəyannaməsi həm Azərbaycan, həm Türkiyə, eyni zamanda region üçün çox mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Mətbuata bəyanatında Prezident cənab İlham Əliyev qeyd etdi ki, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır.
Ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. Həmçinin ölkələrimiz hər zaman xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bütün bunlar isə Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrindən irəli gəlir.
İki ölkə arasında ticarət dövriyyəsi də sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıb. Həyata keçirləcək layihələr, xüsusilə də enerji sahəsindəki layihələr nəticəsində ticarət dövriyyəsi gələcəkdə daha da artacaq. Prezident cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və əldə edilmiş razılığa əsasən bundan sonra da artacaq. Eyni zamanda, Türkiyə ərazisindən Avropa ölkələrinə də Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində işlər təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.
Ümumiyyətlə, Türkiyə-Azərbaycan əməkdaşlığı hər bir sahəni əhatə edir və Zəngəzur dəhlizinin açılması əməkdaşlığımıza əlavə töhfə olacaq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.
İyunun 13-də ölkəmizə səfəri zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatı zamanı bir çox önəmli mesajlar verərək Türkiyə və Azərbaycanın iki qardaş ölkə olaraq “Bir millət, iki dövlət” düşüncəsi ilə bundan sonra da birgə addımlayacağını bildirdi.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03

