Qurtuluşdan başlanan yol
14.06.2023 [16:07]
Azərbaycanın siyasi təqvimində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biri və ən əhəmiyyətlisi 15 iyun tarixidir. Azərbaycanın uğurları, əldə etdiyi nailiyyətlər məhz bu tarixdən sonra başlayıb. Bu tarixdən sonra Azərbaycan üzləşmiş olduğu ağır vəziyyətdən, bütün çətinliklərdən xilas oldu. Müstəqilliyimiz möhkəmləndi, ölkəmiz dünyaya günəş kimi parlamağa başladı. 15 iyun tarixi Azərbaycanın xilas, qurtuluş tarixidir. 15 iyun tarixi eyni zamanda 27 sentyabr 2020-ci ildə başlanmış və cəmi 44 gün davam edən Vətən Müharibəsində qazandığımız tarixi Zəfərin təməlidir.
1992 - 93-cü illərə qısa nəzər salsaq görərik ki, Azərbaycan öz müstəqilliyini əldə etdiyi bir zamanda o dövrkü hakimiyyətin səriştəsizliyindən zorla düçar olduğumuz müharibədəki uğursuzluqlarımız, torpaqlarımızın işğalı,daxildə kürsü davası, vətəndaş müharibəsi təhlükəsi, bəzi xarici qüvvələrin havadarlığı ilə daxildə parçalanma təhlükəsi Azərbaycanı sanki siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Belə çətin anlarda xalqımızın bir yolu vardı.Ulu öndərimiz Heydər Əliyevi Bakıya dəvət etmək və xalqı bu bəladan qurtarmaq. Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya gəlməsi, Azərbaycan ağırlıqlarını öz çiyinlərinə götürməsi Azərbaycanı mövcud təhlükədən xilas etdi. İyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. Beləliklə 15 iyun tariximizə Qurtuluş günü kimi yazıldı.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizdə siyasi sabitlik təmin olundu, cəbhədə atəşkəs əldə edildi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı.
Bu gün Ulu öndərin siyasi kursu Prezidentimiz cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirilir və ölkəmiz sürətlə inkşaf edir, böyük nailiyyətlər, Zəfərlər əldə edir.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlhm Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın edərək, ulu öndərin və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdi. 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünün, qüdrətinin ən yüksək zirvəsi olaraq şanlı tariximizə yazıldı.
Bu bir reallıqdır ki, bu gün Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə heç zaman olmadığı qədər güclüdür və müstəqil, azad, qalib Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03

