Qlobal əhəmiyyətə malik bir layihə
06.06.2023 [11:02]
Mayın 31-də keçirilən Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri bir daha ölkəmizin etibarlı tərəfdaş kimi artan nüfuzuna və roluna işıq saldı. Sərgilərdə iştirak edən şirkətlərin, həmçinin onların təmsil etdikləri ölkələrin say tərkibində artım da bunu deməyə əsas verir.
28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin aşılışında “Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan bu məsələdə geridə qalmamağa çalışır. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir: “Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.”
Cənab İlham Əliyev hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə bu mühüm məqamı xüsusi qeyd edir ki, enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir. Bu işə çox sadiq olan bir heyət var. Enerji təhlükəsizliyini gücləndirməyə, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlməyə dəstək olmaq üçün hər birimiz vahid komanda kimi çalışırıq. Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu, çox vacib bir məsələdir.
Təkcə son illərdə Azərbaycanın enerji diplomatiyasının uğurlarına diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev “Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir” söyləyərək bildirdi ki, sonuncu sərgidən bu yana bir neçə mühüm nailiyyətə nəzər salaq. Ötən ilin iyul ayında Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Əsas hədəf ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatı iki dəfə artırılsın: “Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik.”
Bu uğurlarımız sırasında, həmçinin ötən ilin dekabrında Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i qeyd edə bilərik. Cənab İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində belə bir əminliyi də ifadə etdi ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaq. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcək. Layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur: “Biz indi elə bir mərhələdəyik ki, layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Hesab edirik ki, bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik ki, bu da bizim əlavə töhfəmiz olacaq.”
Göründüyü kimi, hər bir sərgi ötən bir illik dövrdə iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın hansı iqtisadi uğurlara imza atdığını nümayiş etdirir. Səyləri birləşdirməklə hər dövrün tələblərini daha yüksək səviyyədə yerinə yetirmək mümkündür. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının davamlı uğurlarını yaşadığımız üçün qürurluyuq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

