Artan nüfuzun təqdimatı
31.05.2023 [16:55]
Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak etmək üçün Moskvada işgüzar səfərdə oldu. Cənab İlham Əliyevin bu tədbirə qonaq qismində dəvət edilməsi ölkəmizin artan nüfuzunun, möhkəmlənən mövqeyinin nümayişi oldu. Azərbaycanın hər bir sahədə təcrübəsi, təkmil inkişaf modeli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Dövlət başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu daim önə çəkərək, bu sahədə əldə olunan gəlirlərin düzgün idarə olunması sayəsində şaxələndirmənin vacibliyini prioritet məsələ kimi qarşıya qoyur. Məhz bu məqsədə çatmaq üçün atılan uğurlu addımların nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən uğurla çıxır. Azərbaycanın bugünkü uğurlarına baxış fonunda bu reallığı böyük inam və fəxrlə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və Sərəncamlar 10-20 il sonrakı Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Nəzərə alsaq ki, hazırkı dövr daha çox işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması ilə xarakterizə edilir, bu halda ölkəmizin iqtisadi və maliyyə imkanları barədə aydın təsəvvür yaratmaq mümkündür. Çünki bu işlərin hamısı sıfırdan Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir.
Bu fikir də daim reallığa söykənərək qeyd edilir ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihəni həyata keçirmək mümkün deyil. Azərbaycan yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Reallığa çevirdiyi enerji və nəqliyyat layihələri ilə bu körpünü daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycanın nəqliyyat imkanlarından, tranzit ölkə kimi möhkəmlənən mövqeyindən geniş bəhs etdi. Bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. Ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub.
İclas çərçivəsində aparılan müzakirələrdə hazırkı dövrün əsas çağırışları sırasında olan sülh müqaviləsinin imzalanması məsələsi də diqqətdə oldu. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Dövlət başçısı İlham Əliyevin Moskvaya işgüzar səfərinin əsas özəlliyi onunla bağlıdır ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçirildi. Bu görüş bir daha onu göstərir ki, Ermənistan Azərbaycan münasibətlərinin normallaşadırılması və sülh müqaviləsinin imzalanması prosesində üç tərəf - Moskva, Vaşinqton və Brüssel olduqca böyük fəallıq göstərir. Dövlət başçısı İlham Əliyev Moskva görüşündə bir daha Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini nümayiş etdirdi. Azərbaycan Prezidenti regionda davamlı və dayanıqlı sülhün əldə edilməsi üçün verdiyi hər bir bəyanatı konkret əməli işləri ilə təsdiqləyir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19

