Azərbaycanın növbəti uğuru
31.05.2023 [12:45]
Məlum olduğu kimi cari ilin 25 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib. Dövlətimizin başçısı səfər çərçivəsində Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. Cənab İlham Əliyevin belə bir tədbirə dəvət edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsindən, eyni zamanda dövlət başçımızın dünyanın ən nüfuzlu siyasətçilərindən biri olduğunun göstəricisidir.
Prezident İlham Əliyev öz çıxışında mühüm məqamlara toxundu, bir daha Azərbaycan həqiqətlərini, mövcud reallıqları diqqətə çatdırdı.
Dövlət başçımız çıxışında vurğuladı ki, Azərbaycan artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığını inkişaf etdirir. Ölkələr arasında iqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və münasibətlərin möhkəmlənməsi davam edir. Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə təkcə 2022-ci ildə əmtəə dövriyyəsi 31 faiz artaraq 4,7 milyard dollar təşkil etdiyini, Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artdığını vurğulayan Prezident İlham Əliyev ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəşisməsində yerləşdiyini xatırladaraq qeyd etdi ki, bu vacib geostrateji amil və ölkəmizin durmadan inkişaf edən və yenilənən nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycanın Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olduğunu bildirən cənab Ilham Əliyev onu da qeyd etdi ki, on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı isə yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.
Təxminən dörd ildir Azərbaycanın 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini bildirən dövlət başçımız Qoşulmama Hərəkatının Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olduğunu xatırlatdı. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Bütün bunlar Azərbaycan tam iqtisadi müstəqilliyə nail olduğunun göstəricisidir.
Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı ölkə başçısı qeyd etdi ki, Ermənistanın baş naziri hələ də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməkdə davam edir. Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar Ermənistan tərəfinin səsləndirdiyi ittihamlarına cavab olaraq cənab İlham Əliyev bildirdi ki, bu ittihamların heç bir əsası yoxdur. Azərbaycanın bu cür iddiaları heç zaman olmayıb. Bu gün də yoxdur. Prezident cənab İlham Əliyev eyni zamanda Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanması iddialarına da qətiyyətli formada cavab verib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Laçın-Xankəndi yolu açıqdır.
Cənab prezident çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi öz aktuallığını qoruduğunu və bu münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və süverenliyin qarşılıqlı şəkildə tanınması əsasında real imkanlar yaratdığını bildirdi. Prezident eyni zamanda qeyd etdi ki, Ermənistan hökumətinin son vaxtlar ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiq edən bəyanatlar səsləndirməsi bir qədər nikbinlik yaradır.
Beləliklə, Moskva görüşündə Prezident İlham Əliyevin əsaslı, faktlarla söylədiyi cavablar qarşısında acız qalan Paşinyan növbəti uğursuzluq yaşadı. Moskva görüşü Azərbaycanın növbəti uğuru kimi yadda qaldı.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41

