Növbəti tarixi uğur
08.05.2023 [11:15]
Məlum olduğu kimi cari ilin 3 may tarixində ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda Asiya, Avropa və Amerikanın aparıcı beyin mərkəzlərinin ən nüfuzlu ekspertləri iştirak ediblər. Beynəlxalq konfrans yeni dünya düzəninin formalaşdığı, həm də bu prosesin kifayət qədər mürəkkəb formatda davam etdiyi bir dövürdə Avrasiyanın üzləşdiyi risk və təhdidlərə, yeni çağırışlara həsr olunmaqla çox böyük əhəmiyyət kəsb edir.
Sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət mərkəzi sayılan Şuşamızda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın keçirilməsi və möhtərəm prezidentimizin qalib xalqın qəhrəman Lideri kimi nitq söyləməsi olduqca qürurverici hadisə idi. Və hər zaman olduğu kimi cənab prezidentin əhatəli nitqi böyük rəğbətlə qarşılandı.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ona verilən sualları cavablandırarkən mövcud reallıqları bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı.
Prezident İlham Əliyevin söylədiyi kimi, sülh sazişi haqqında danışıqların başlanmasını ilk təklif edən və təşəbbüs göstərərək, inteqrasiya olunmuş Cənubi Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı konsepsiyası ilə çıxış edən məhz Azərbaycan olmuşdur. Lakin Ermənistan bu çağırışlara səssiz qaldı, bir müddət sonra Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsip irəli sürdü. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heçnə yox idi. Dövlətimizin başçısı ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarında Ermənistana və bütün digər tərəflərə aydın şəkildə bildirmişdir ki, bu məsələdə yalnız ikiistiqamətli yanaşma olmalıdır. Birincisi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan höküməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri məhsuldardır. Və bu kimi cəhdlər sadəcə vaxt uzadılmasına hesablanıb. Ermənistanın vaxtı uzatmaq cəhdləri də özü-özlüyündə tamamilə anlaşılmaz bir faktor kimi çıxış edir. Çünki indi zaman Ermənistanın əleyhinə işləyir. Sülh müqaviləsini imzalamaqdan çəkinməklə rəsmi İrəvan heçnə əldə edə bilməz. Əgər rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir tədbirlərə əl atmağı planlaşdırmır. Bu qədəri bizə bəsdir. Ermənistan sülh sazişini imzalamadıqca komunikasiyalar açılmayacaq. Bu isə o deməkdir ki, onların təcrid olunmuş vəziyyətləri davam edəcək. Ermənistan xarici bazarlara çıxış əldə edə bilməyəcək, heç bir regional layihəyə qoşula bilməyəcək. Sözsüz ki, Azərbaycan bu səhifənin bağlanmasının, sülh müqaviləsinin imzalanmasını istəyir. Azərbaycan artıq öz məqsədlərinə nail olub. Ermənistandan fərqli olaraq Azərbaycanın yeni qlobal geosiyasi konfiqurasiyada öz yeri var və ölkəmizin beynəlxalq mövqeləri getdikcə möhkəmlənir.
Konfransda çıxışı əsnasında Azərbaycan-Türkiyə münasibətlərinə toxunan dövlətimizin başçısı dünya düzəni üçün örnək sayılacaq Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimiz arasında münasibətlərin ən yüksək zirvəsini fəth edən Şuşa Bəyannaməsindən bəhs edərək, haqlı olaraq qeyd etdi ki, Şuşada imzalanan bu Bəyannamə tarixi hadisədir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi dövrdə isə əlaqələr iki ölkə rəhbərlərinin heyrətamiz siyasəti nəticəsində qardaşlıq münasibətlərindən müttəfiqlik zirvəsinə qalxıb. Prezident İlham Əliyev sabitliyin və təhlükəsizliyin təminatı olan bu müttəfiqliyin qorunub saxlanılacağına və daha da güclənəciyinə əminliyini ifadə etdi.
Cənab prezident eyni zamanda qeyd etdi ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar ki, tamamilə dağıdılmışdır. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Çünki doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər, Azərbaycan kimi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları deyil, bütün azərbaycanlılar buna sevinir.
28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir deyən Dövlətimizin başçısı qeyd etdi ki, bunun əsas səbəbi kimi Ermənistanın torpaqları geri qaytarmaq istəməməsi idi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinə əsas o idi ki, Ermənistan bunu istəmirdi. Onlar sadəcə bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar.
Çıxışında Prezident İlham Əliyev Azərbaycanın bütün ölkələrlə sağlam əməkdaşlığa söykənən münasibət sərgilədiyini, bununla da Azərbaycan sülhpərvər ölkə olduğunu bir daha səmimi davranışları ilə nümayiş etdirdiyini vurğuladı.
Beləliklə, cari ilin 3 may tarixində ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfrans növbəti tarixi uğurumuz kimi yadda qaldı.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

