Azərbaycan iqtisadiyyatı sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedir
27.04.2023 [10:46]
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyulub. İqtisadi islahatlar, o cümlədən bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının həyata keçirilməsi prioritet sahələr olub.
Həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar, maliyyə vəziyyətinin sabitləşməsi, iqtisadiyyata cəlb olunan investisiyaların həcminin ildən-ilə artması isə inkişaf prosesini sürətləndirən önəmli faktorlar kimi çıxış etmişdir. Müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının hərtərəfli yüksəldilməsi naminə neft-qaz amilindən səmərəli istifadə olunması Ulu Öndərin hakimiyyətinin bütün dövrlərində uzaqgörən, düşünülmüş bir siyasət olaraq daim ön planda gəlmişdir. Məhz Heydər Əliyevin böyük müvəffəqiyyətlə həyata keçirdiyi yeni neft strategiyası nailiyyətlərə gedən yolun başlanğıcı olmuşdur.
Ulu Öndər Heydər Əliyev dünyanın inkişaf etmiş ölklərinə səfərləri zamanı xarici investorlarla görüşlər keçirir, Azərbaycan iqtisadi mühitinin sabitliyi və etibarlılığı barədə onlarda inam aşılayaraq, ölkəmizə investisiya qoymalarını təşviq edirdi.
Böyük Britaniyanın baş naziri cənab Con Meycorun dəvəti ilə İngiltərəyə rəsmi səfər edən Ulu Öndər Heydər Əliyevin 22 fevral 1994-cü il tarixdə "Bi-Pi" və "Statoyl" şirkətlərinin təşkilatçılığı ilə Böyük Britaniya Sənayeçiləri konfederasiyasında İngiltərə iş adamlarının nümayəndələri ilə görüşü olduqca əhəmiyyətli idi.
Ulu Öndər Heydər Əliyev görüşdə çıxış edərək bildirdi ki, Azərbaycan öz daxili siyasətində, xüsusən iqtisadiyyat sahəsində bazar iqtisadiyyatı yolu ilə gedir. Ölkəmiz iqtisadiyyatda islahatlar apararaq, mövcud iqtisadi sistemi, iqtisadi quruluşu dəyişdirərək sahibkarlığa, təşəbbüskarlığa və iqtisadiyyatda sərbəstliyə geniş meydan açmaq niyyətindədir. Bu sahədə zəruri tədbirlər həyata keçirilir. Ona görə də Azərbaycan Respublikası ilə başqa ölkələr, o cümlədən İngiltərə arasında iqtisadi əlaqələr qurulmasına indi daha əlverişli əsaslar yaranmışdır.
Azərbaycan bütün dünya ölkələri ilə, ən əvvəl, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə öz iqtisadi əlaqələrini genişləndirmək planlarını həyata keçirərək, xarici ölkə şirkətlərinin, firmalarının, iş adamlarının Azərbaycana maraq göstərməsinə xüsusi diqqət yetirir. Ulu Öndər Böyük Britaniya iş adamlarının, məşhur firma və şirkətlərinin ölkəmizə gəlməsini arzulayaraq, müştərək iş görmək üçün, sərmayə qoymaq və digər bu kimi tədbirlər həyata keçirmək üçün Azərbaycanda tam şərait olduğu barədə inandırıcı arqumentlər ortaya qoymuşdur.
Azərbaycanda bazar iqtisadiyyatında xarici ölkələrin, o cümlədən də İranın rolu barədə sualı cavablandıran Ulu Öndər Heydər Əliyev qəti şəkildə bəyan etmişdir ki, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə strateji yoludur. Biz bu yolu seçərkən dünya təcrübəsindən istifadə etmişik. Başqa bir ölkənin, o cümlədən də İranın, yaxud hər hansı bir qonşu dövlətin bizim bazar iqtisadiyyatına heç bir təsiri, nə də etirazı ola bilməz.
Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

