Bayraq yandırılması Ermənistanın nə qədər cılız, aciz dövlət olduğunun sübutudur
25.04.2023 [11:18]
Prezident İlham Əliyev cari ilin aprel ayının 18-də Salyan rayonuna səfər etmişdir. Səfər çərçivəsində Salyan rayonunda yeni yaradılan komplekslərin açılışını etmiş və Azərbaycan televiziyasına müsahibə verərək, bir çox aktual məsələlərə toxunmuşdur. Cənab Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafını nəzərdə tutan və ötən müddət ərzində uğurla icra edilən dövlət proqramlarından bəhs edərək gələcəkdə həyata keçirilməsi planlaşdırılan islahatlardan da ətraflı söhbət açıb. Həmçinin Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin hazırkı vəziyyəti, postmüharibə dövründə Ermənistanın sülhdən yayınan davranışları ilə bağlı səsləndirdiyi fikirlər böyük əhəmiyyət kəsb edir.
44 günlük müharibə zamanı Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğala son qoydu, regionu separatizmdən təmizlədi, terrorçulara layiq olduqları cəzanı verdi. Beləliklə, dövlətimiz tərəfindən keyfiyyətcə yeni mərhələnin, yeni reallıqlar kontekstində sürətli inkişaf və quruculuq dövrünün təməli atıldı. Ən əsası, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət, uzun illər ərzində atılmış strateji addımlar qələbəmizi şərtləndirməklə bərabər post-konflikt dövründə Azərbaycanın zəruri həmlələri yerinə yetirə bilməsi üçün dövlətimizin iqtisadi qüdrətini də artırdı.
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması Ermənistanın nə qədər cılız, aciz dövlət olduğunun sübutudur.Bayrağımıza qarşı törədilən vandalizm aktının real səbəbləri Ermənistanın Azərbaycanın artan nüfuzunu və söz sahibi olmasını qəbul edə bilməməsidir. Prezident İlham Əliyev müsahibə zamanı bu mövzuya toxunaraq bildirmişdir ki, "Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar
Dövlət başçımız bildirib ki, həmin adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Bu onu göstərir ki, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində İrəvanda ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medal qazanan türk idmançılar Cansu Bektaşın və Qəmzə Altunun öz qələbələrini Azərbaycana həsr etməsindən də söz açıb.
“Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar. Mən onları bir daha təbrik etmək istəyirəm. Bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər və idman nazirinə tapşırdım ki, bizim qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin və onlar bizim qonağımız olsunlar. Bu, bir daha bizim birliyimizi göstərir, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır. Biz birik və onlara ünvanlanan təbrik məktubunda da yazmışıq ki, Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü. Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar.
Mən bir daha bizim gözəl qızlarımızı təbrik etmək istəyirəm. Biz onlarla fəxr edirik və əslində bu hadisə, hesab edirəm ki, tarixdə qalacaq, təkcə idman tarixində yox, bütövlükdə dünya siyasət tarixində, Türk dünyasının tarixində. Hər birimiz - Türk dünyasının hər bir övladı, bax, Cansu və Qəmzə kimi olmalıdır. Mənim arzum budur”
İstənilən ölkə keçirdiyi beynəlxalq idman yarışlarına evsahibliyi etməklə yanaşı, həm də dəvət etdiyi ölkələrə, onun idmançılarına qarşı qayğı və hörmətlə yanaşmalıdır. Hələ "Bakı - 2015" I Avropa Oyunlarının boks yarışında gümüş medal qazanan erməni əsilli idmançı Qevorq Manukyanın mükafatlandırma zamanı azarkeşlər tərəfindən fitə basmasına Prezident İlham Əliyevin bir jesti hamının yadındadır. Dövlət başçısının bir işarəsi ilə azarkeşlərin fiti alqışlarla əvəz olundu. Bəli, əsl göstərici və xalqın öz rəhbərinə inamı budur. Bu yarışda dünya Prezident İlham Əliyevin ölkəsində olan idmançıya milliyyətindən, kimliyindən asılı olmayaraq verdiyi dəyərin şahidi oldu. Eyni zamanda, xalqın öz rəhbərinə olan inamını gördü.
Varis Rüstəmov,
Yeni Azərbyacan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

