Azərbaycan-Bosniya və Herseqovina: Münasibətlərimizin inkişafında yeni səhifə açılır
19.04.2023 [14:28]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycanın xarici siaysətində Şərqi Avropa və Balkan dövlətləri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Bir neçə gün öncə Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılması üçün imkanlar yaradır.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç arasında aparılan danışıqlar və imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin inkişafında perspektivlərdən xəbər verir. Azərbaycanla Bosniya və Herseqovina bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və müxtəlif beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Bosniya və Herseqovina ölkəmizə qarşı hər zaman xüsusi münasibəti ilə seçilib. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında mühüm sənədin imzalanması əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəldəcək. Bəyannamədə iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlıq, Bosniya və Herseqovinanın Orta Dəhlizdə iştirakı məsələləri əksini tapıb. Azərbaycan Bosniya və Herseqovinaya investisiya qoyuluşunu genişləndirməyi nəzərdə tutur. Təbii ki, qoyulan sərmayələr hər iki ölkənin tərəqqisinə xidmət edəcək.
Səfər zamanı hər iki dövlətin lideri mətbuata bəyanatlarında qarşılıqlı əlaqələrin inkişafı üçün yaxşı perspektivin olduğunu vurğulayıblar. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin dediyi kimi Azərbaycan Bosniya və Herseqovina üçün yaxşı dost olmaqla yanaşı həm də mühüm ölkədir. Azərbaycan bu ölkəyə 2014-cü ildə baş vermiş daşqınlar zamanı, həm də koronavirus pandemiyası dövründə də yardım göstərib. Bütün bu müddət ərzində Azərbaycan həmin ölkənin bir neçə şəhərində mühüm lazımi infrastruktur layihələri həyata keçirdi. Banya Luka şəhərində tibbi mərkəz yaradıldı, Sarayevo şəhərində dostluq parkı salındı və tibb müəssisəsi təsis edildi. Jelka Tsviyanoviç Azərbaycanın ölkəsinə bu dəstəyini çox yüksək dəyərləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev isə iki ölkə arasında əlaqələrin bundan sonra yüksələn xətlə inkişaf edəcəyini bəyan edib: “Əlaqələrimizin tarixi də çox gözəldir. Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir”. Dövlətimizin başçısı iki ölkə arasında qaz sahəsində də əməkdaşlığa başlamağın vacibliyinə diqqət çəkib.
Bu gün Azərbaycan çox doğru olaraq Avropanın yeni enerji xəritəsini formalaşdıran ölkə kimi səciyyələndirilir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropa bazarlarına daha çox həcmlərdə mavi yanacaq çıxartmağa qətiyyətli siyasi iradəsi də ortadadır. Respublikamız həm qonşu Gürcüstana və Türkiyəyə, həm də Avropaya qaz nəqli ilə bağlı öhdəliklərinə yüksək səviyyədə əməl edir. Ölkəmizdən təbii qaz ixracı artır. Ötən il ixrac həcmi 19 milyard kubmetr civarında idisə, cari ildə bu rəqəmin 24 milyard kubmetrə çatdırılması hədəflənib.
Cənub Qaz Dəhlizi istifadəyə verildikdən heç iki il keçməmiş məlum oldu ki, Avropada Azərbaycan qazına daha çox ehtiyac var. Buna görə də hazırda qoca qitədə Cənub Qaz Dəhlizinin yeni qolları yaradılır. Ötən il oktyabrın 1-də Prezident İlham Əliyev Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminə qatıldı. Tədbirdə qeyd olunduğu kimi, IGB kimi layihələr Avropanı qazla kifayət qədər təmin edəcək. Qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayıb. Eyni zamanda, Avropanın digər məkanlarında da interkonnektorlar şəbəkəsi genişləndirilir. Paralel olaraq Cənub Qaz Dəhlizinin TANAP və TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması ilə bağlı müzakirələr intensivləşib. Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək göstərəcəyini ifadə edib. Yeri gəlmişkən, 2022-ci ilin iyul ayında Prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen müvafiq Anlaşma Memorandumu imzalayıblar. Bu, çox əhatəli sənəddir. Memoranduma əsasən, Azərbaycandan qoca qitəyə qaz ixracının həcminin 2027-ci ilə qədər ən azı iki dəfə artırılması nəzərdə tutulur.
Biz Prezident İlham Əliyevin təkcə son aylarda Albaniyada, Serbiyada, Bolqarıstanda və digər məkanlarda apardığı enerji dialoqunu böyük qürur hissi ilə izlədik. Belə dialoq, həmçinin Avropa İttifaqının və ayrı-ayrı dövlətlərinin yüksəksəviyyəli rəsmiləri ilə Bakıda da aparılıb. Azərbaycan qazının çatdırılacağı yeni ünvan isə dost Bosniya və Herseqovina ola bilər. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı münasibətlər getdikcə genişlənir. Mətbuata verdiyi Bəyanatında bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Eyni zamanda, energetika sahəsində çox geniş imkanlar vardır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir”. Beləliklə, dövlətimizin başçısının qeyd etdiyi kimi, iki ölkə arasında əlaqələrin yeni səhifəsi açılır.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

