YAP nümayəndə heyətinin Bursa şəhərinə səfəri başa çatıb
14.04.2023 [13:48]
Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə Ədalət və İnkişaf Partiyasının Bursa şəhər təşkilatında görüş keçirilib.
Görüşdən sonra təşkil edilən mətbuat konfransında müzakirə olunan məsələlər barədə KİV nümayəndələrinə məlumat verilib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bursa şəhər təşkilatının sədri Davut Gürkan ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətindən danışıb. O, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin səfərinin həmrəyliyin nümunəsi olduğunu söyləyib. Davut Gürkan Azərbaycanın və Türkiyənin istənilən şəraitdə və vəziyyətdə bir-birinin yanında olduqlarını qeyd edib. Bildirilib ki, “Bir millət, iki dövlət” amalına əsaslanan Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı illər keçdikcə daha da dərinləşib, güclənib. Davut Gürkan hər iki ölkənin iqtidar partiyaları arasında çox güclü əlaqələrin qurulduğunu da xatırladıb.
Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala bildirib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri müharibədən sonrakı dövrdə də yüksələn xətt üzrə inkişaf edir. Qardaş ölkələrimizin birgə təşəbbüsləri regionun yeni geostrateji dizaynında müstəsna rol oynayır.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri, ilk növbədə, hər iki ölkənin liderləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iradəsi, səyləri sayəsində uğurla inkişaf edir. İki qardaş ölkənin hakim partiyaları YAP və AK Parti də bu prosesdə çox mühüm rol oynayırlar. Son iki il ərzində partiyalar arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Söhbət zamanı YAP ilə AK Parti arasında münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. 2021-ci ildə iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək mühüm addımların atıldığı, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi diqqətə çatdırılıb.
Sonra YAP nümayəndə heyəti Bursa Sənaye-Ticarət Palatasında olub. Görüşdə Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyə əsaslanan çoxşaxəli münasibətlərin nümunəvi xarakter daşıdığı qeyd edilib. Bildirilib ki, bütün sahələrdə olduğu kimi, iqtisadi müstəvidə də ölkələrimiz arasında səmərəli əməkdaşlıq mövcuddur və iş adamları bu prosesdə fəal rol oynayırlar.
Səfər çərçivəsində nümayəndə heyəti Bursada tarixi məkanları ziyarət edib.
Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Bursada Qafqaz-Axıska dərnəkləri və azərbaycanlı tələbələrin iştirakı ilə təşkil edilən iftar mərasimində iştirak edib. İftardan əvvəl müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Çıxışlarda Azərbaycan ilə Türkiyənin bir millət, iki dövləti kimi tarixi köklərə bağlı olduğu, ortaq dini və milli dəyərlərin yaşadıldığı vurğulanaraq, dostluq, qardaşlıq mesajları verilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bugünkü reallıqlar Türkiyə Respublikasının qurucusu, Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” kəlamlarının real həyatda təsdiqini tapdığını əks etdirir.
Tahir Budaqov bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri son dövrlər daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə qalxıb. Xalqımız Türkiyənin İkinci Qarabağ müharibəsində verdiyi qardaşlıq dəstəyini heç zaman unutmur. Eyni zamanda, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərimizin bərpasında yaxından iştirak edirlər. Azərbaycan da çətin anlarda daim Türkiyənin yanındadır. Fevral ayında baş verən zəlzələlər zamanı Azərbaycan xalq və dövlət olaraq qardaş Türkiyəyə öz yardımını göstərdi və bu dəstək bu gün də davam edir. Nümayiş etdirilən qarşılıqlı həmrəylik, dəstək, birlik və vahid mövqe, həyata keçirilən layihələr onu deməyə əsas verir ki, xalqlarımızın böyük qürur duyduqları Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillər tərəfindən də davam etdiriləcək.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvləri, deputatlar Hikmət Məmmədov, Pərvin Kərimzadə, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev daxildir.
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57

