Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ
13.04.2023 [11:45]
Azərbaycan ilə Qazaxıstan arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Eyni zamanda bu iki xalqı dil və din eyniliyi də birləşdirir.
Bildiyimiz kimi 1992-ci il avqustun 30-da Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.Qazaxıstanın Azərbaycanda səfirliyi 1993-cü ilin yanvarında, Azərbaycanın Qazaxıstanda səfirlikləri 2004-cü ilin martında fəaliyyətə başlamış, Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu isə 2008-ci ilin sentyabrından fəaliyyət göstərməyə başlamışdır.
Azərbaycan-Qazaxıstan arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla davam etdirilir.
Məlum olduğu kimi Aprelin 10-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində dövlət başçımızın Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə əvvəlcə məhdud, daha sonra geniş tərkibdə görüşü olmuş, görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi baş tutmuşdur.
Mərasimdə ilk öncə hər iki ölkənin dövlət başçıları “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və prezidentlərin birgə bəyanatını imzalamışlar. Daha sonra nümayəndə heyyətinin iştirakı ilə digər sənədlər imzalanmışdır.
Səfər çərçivəsində prezident İlham Əliyev Astanada ulu öndərimizin adını daşıyan küçəsinin təntənəli açılış mərasimində iştirak etmişdir. Mərasimdə çıxış edən dövlətimizin başçısı Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən söhbət açdı, ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərinin əvvəlinə qədər Azərbaycan Ulu öndərin rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxdığını bildirdi.
1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan tarixinin ən ağır dövrünü yaşayırdı, ölkədə anarxiya, özbaşınalıq baş alıb gedir, hakimiyyət uğrunda mübarizə aparılır , torpaqlarımız düşmən Ermənistan tərəfindən işgal edilirdi. Prezident cənab İlham Əliyev də çıxışında qeyd etdi ki, belə bir mürəkkəb dövrdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdi və xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısını aldı və ulu öndərin Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf dövrü oldu.
Ümummilli lider Heydər Əliyevin qazaxların ənənələrini, adətlərini yaxşı bildiyini qeyd edən dövlət başçımız qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyini, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirdiyini bildirdi.
Prezident İlham Əliyev Qazaxıstan paytaxtında ulu öndər Heydər Əliyevin adını daşıyan küçənin olması iki ölkə arasındakı münasibətlərin sarsılmazlığının daha bir sübutu olduğunu qeyd edərək, Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Qazaxıstan Prezidentinə və bütün qazaxıstanlılara təşəkkürünü bildirdi.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanmasından xəbər verir.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01

