Azərbaycan və Tacikistan münasibətlərini daha da irəli aparmaq niyyətindədirlər
12.04.2023 [16:59]
Vüsal Hüseynov-YAP Xocavənd rayon təşkilatının sədri
Azərbaycan və Tacikistan arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. Bu münasibətlər genişlənir və hər iki ölkə rəhbərliyi buna töhfə verir. 2007-ci ildə Düşənbədə Azərbaycan səfirliyi, 2008-ci ildə Bakıda Tacikistan səfirliyi fəaliyyətə başlayıb, bu illər ərzində qarşılıqlı səviyyədə səfərlər, görüşlər olub.
Vaxtilə həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu.
Həm Prezident Emoməli Rəhmon, həm də Prezident Heydər Əliyev qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımızın arxasında məhz böyük liderlərin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bütövlükdə dünyada və regionumuzda qeyri-sabitlik ocaqlarını gördükdə, anlayırıq ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa investisiyaları, tərəqqini və insanların rahatlığını təmin etmək mümkün deyil.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin Tacikistanda əziz tutulması onu göstərir ki, böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin dövlətçilik təcrübəsi, qardaş tacik xalqı ilə münasibətlərin yaradılması heç zaman unudulmur.
Azərbaycan və Tacikistan indiki şəraitdə yeni çağırışlara uyğun olaraq münasibətlərini daha da irəli aparmaq niyyətindədirlər. Dövlət başçılarının vurğuladıqları kimi, əməkdaşlığın prioritet sahələri də müəyyənləşdirilib. Artıq bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın və sabitlik hökm sürən ölkədir. Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək.
Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
Hərbi sahədə əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər.
Prezident İlham Əliyevin Tacikistana səfəri zamanı imzalanan sənədlər göstərir ki, hər iki tərəf tarixən mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələri bundan sonra da davam və inkişaf etdirmək əzmindədir. Qeyd edək ki, Azərbaycan və Tacikistan ikitərəfli platformada olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Tacikistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələr sırasında yer alır.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

