Milyonların sevgisi şəksizdir
10.04.2023 [16:29]
Ölkədə keçirilən hər bir seçki prosesi mövcud ab-havanın göstəricisi, arxada qalan dövrün reallıqları əsasında gələcəyə baxışdır. 2018-ci il 11 aprel tarixində ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərini şərtləndirən amillərə diqqət yetirməklə Azərbaycanın bugünkü uğurlarının aydın mənzərəsini yaratmaq mümküdür. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar. 2018-ci ilin prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirdi. Azərbaycan xalqı görülən işlərə səs verdi. 2003-2018-ci illərdə ayrı-ayrı sahələr üzrə ölkəmizin qazandığı uğurlar fonunda 2018-ci ildən sonrakı dövrə nəzər salaraq bu ümumiləşdirməni böyük fəxr hissi ilə qeyd edirik ki, cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı vədini verdi və buna nail oldu. Tarixi Zəfərimizdə Azərbaycan Ordusunun gücü, qüdrəti, torpaq, Vətən sevgisi dünyanı heyrətləndirdi. 2003-2018-ci illər, eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub. Diplomatik uğurlarımız, eyni zamanda, iqtisadi imkanlarımızın artması fonunda güclənən ordumuz münaqişənin tezliklə öz ədalətli həllini tapacağına əminliyi artırdı. 2016-cı ilin Aprel qələbəsinin ardınca 2018-ci ildə Günnüt əməliyyatı Azərbaycan Ordusunun gücünün nümayişi oldu. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin, həmçinin Bakı şəhərinin azad olunmasının 100 illiyinə həsr olunan paradlar bu təqdimatın davamı kimi dəyərləndirildi. Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Müdafiə Sərgisi də ordumuzun malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan müdafiə qabiliyyətinin artırılmasına və Silahlı Qüvvələrinin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verdi. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaratdı. Prezident, Ali Baş Komandan İlham Əliyev 2019-cu ildə Aprel döyüşlərinin 3 illiyi münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olarkən bu əminliyi ifadə etmişdir ki, Azərbaycan əsgəri istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Siyasi və döyüş meydanlarında qələbələrimiz bizi daha da ruhlandırır, daha da gücləndirir. 2020-ci il Azərbaycanın çoxəsrlik tarixinə Zəfər səhifəsini yazdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində 30 ilin işğalına son qoyuldu. Daim yenilməzliyi, məğrurluğu ilə dünyanın diqqətində olan Azərbaycan xalqı bir daha tarixinə, torpağına sahib çıxan, bir qarış torpağını belə düşmənə verməyən xalq olduğunu təsdiqlədi. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımız azad Qarabağda, azad Şərqi Zəngəzurda dalğalanır. Bundan böyük xoşbəxlik ola bilərmi? Xalqa arxalanan, “Güclü dövlət, yüksək rifah” tezisini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən möhtərəm Prezidentimizə milyonların sevgisi, dəstəyi şəksizdir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

