Azərbaycan ilə Tacikistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir
07.04.2023 [16:08]
Azərbaycan dövlətinin yürütdüyü çoxvektorlu xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığı özündə əks etdirməkdədir. Keçmiş post-sovet dövlətləri ilə əlaqələrimizin inkişafı, münasibətlərin çoxşaxəli olması xüsusilə vurğulanmalıdır. Bu mənada, Azərbaycan ilə Tacikistan arasında da mühüm əlaqələr mövcuddur.
Qeyd edilməlidir ki, iki ölkə arasındakı diplomatik əlaqələr 29 may 1992-ci il tarixində yaradılıb. 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Ölkələrarası rəsmi əlaqələrin əsası isə hər iki dövlətin müstəqillik əldə etməsi ilə qoyulub. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ardından iki dövlət arasında münasibətlər daha intensiv şəkildə inkişaf edib. bu əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı dövlətlərarası sənədlərin də mühüm əhəmiyyət mövcuddur. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə bir sıra mühüm sənədlər imzalanıb ki, bu da iki dövlət arasında çoxşaxəli əlaqələrin inkişfına rəvac verib.
İki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin ölkə başçısı seçilməsindən sonra da yüksək xəttlə inkişaf edib. iki dövlətin rəhbərləri arasında baş tutan görüşlər zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret layihələr üzərində iş aparılmasının vacibliyi vurğulanıb, hər iki ölkənin regionda daha geniş bazarlara çıxmaq üçün böyük potensiala malik olduğu bildirilib.
2007-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına rəsmi səfəri zamanı iki ölkə arasında bir çox sahələr üzrə 11 hökumətlərarası saziş imzalanıb. 2007-ci ilin avqustunda isə Tacikistan Prezidenti Azərbaycana rəsmi səfər edib. Səfər zamanı iki ölkə arasında bir çox sahələr üzrə 9 sənəd imzalanıb.
Vurğulamaq yerinə düşər ki, iki ölkə arasında münasibətlər bu gün də yüksək səviyyədə inkişaf etməkdədir. Bir sıra müstəvilərdə - istər iqtisadi, istərsə də siyasi sferada hər zaman yüksək əlaqələrə malik olan Azərbaycan-Tacikistan münasibətləri milli maraqlar çərçivəsində sıx dostluq şəraitində davam etdirilir.
Ölkələrimiz arasında mədəni əlaqələr də yüksək dinamikliyi ilə səciyyələnir. Qarşılıqlı mədəniyyət günləri və kino həftələrinin keçirilməsi ənənə halını alıb. 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub. Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli,1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.
Azərbaycanın və Tacikistanın bir-birinə xoş münasibəti Prezident İlham Əliyevin aprelin 5-də bu ölkəyə uğurla baş tutan dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə bir daha səmimiyyətlə vurğulanıb. Azərbaycan və Tacikistan indiki şəraitdə yeni çağırışlara uyğun olaraq münasibətlərini daha da irəli aparmaq niyyətindədirlər. Dövlət başçılarının vurğuladıqları kimi, əməkdaşlığın prioritet sahələri də müəyyənləşdirilib. O cümlədən nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Prezident İlham Əliyevin dost ölkəyə növbəti səfəri çərçivəsində imzalanan çoxsaylı sənədlər də tərəflərin əməkdaşlığın spektrini genişləndirmək niyyətində olduqlarını təsdiqləyir.
Nəticə etibarı ilə, Prezident İlham Əliyevin Tacikistan Respublikasına səfəri bir daha təsdiqlədi ki, iki ölkə arasındakı münasibətlər çoxşaxəli mahiyyət daşımaqdadır, eyni zamanda, yüksələn xətlə inkişaf edir.
Elnur Əmirəslanov
YAP Hacıqabul rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

