Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir
06.04.2023 [11:12]
Prezident cənab İlham Əliyev 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin qəbul olunması ilə əlaqədar çıxışında qeyd etmişdir: “Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər. Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etdi”.
Avropa Parlamentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər dəfə nümayiş etdirdiyi mövqe ikili standartlara ən bariz nümunədir. Azərbaycan torpaqlarını zəbt edən Ermənistana qarşı Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar 30 ilə yaxın müddətdə heç bir təzyiq göstərmədi, işğalçını cəzalandırmadı, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin həllinə etinasızlıq göstərildi. Ötən dövr ərzində işğalçı Ermənistan Qərb “demokrat”larından hər cür maddi yardım aldı, təcavüzkarla işğala məruz qalanın adı eyniləşdirildi. İşğalçılıq siyasətini pisləyən qətnamələri qəbul edən BMT-də təcavüzkar ölkə Ermənistan Azərbaycanla birgə təmsil olunursa, bu açıq-aşkar separatçılığa dəstək deməkdir. Haqlı ilə haqsıza eyni yanaşma ikili standartların mahiyyətini tam ifşa edir. Avropa Parlamenti son vaxtlar Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamələr qəbul edib. Diqqətlə analiz edəndə görürük ki, Avropa Parlamentindəki Azərbaycan düşmənçiliyinin direktivləri birbaşa Fransadan gəlir. Bu qətnamələrdə Fransa mərkəzli siyasətçilər prosesin “aparıcı qüvvəsi”ni təşkil ediblər.
Fransa Cənubi Qafqaz regionunda təmsilçilik əldə etmək üçün müxtəlif təxribatlara əl atır. Nəticədə, Fransanın bu təxribatları ölkənin olmayan nüfuzunun daha da zədələnməsi ilə nəticələnir. Eyni zamanda, Fransanın Ermənistan vasitəsilə Azərbaycan və Türkiyəyə təsir etmək siyasəti ətrafında da fəallıq Makronun hakimiyyəti dövründə daha da artıb. Avropa Parlamenti və Avropa Komissiyasında Fransanın təsir imkanları genişdir. Makronun Azərbaycan və Ermənistan arasında formalaşa biləcək sülh və etimad mühitini pozmaq planına Avropa Parlamenti dəstək verməyə çalışır. Prosesə bir qədər geniş müstəvidə baxsaq, erməni lobbisinin izlərini də aydın görə bilərik. Erməni lobbisinin Fransa hakimiyyətinə təsir imkanları genişdir. Ona görə də erməni lobbisinin çirkli pullarının Avropa Parlamentinə ötürülməsində əsas vasitəçi rolunu elə Fransanın oynadığını demək üçün kifayət qədər əsaslar var. Makron hakimiyyəti bu gün birmənalı şəkildə Ermənistanı dəstəkləmək, eyni zamanda, Avropa Parlamenti kimi qurumları Azərbaycan və Türkiyə əleyhinə qızışdırmaqla Fransanın Bakı və Ankara ilə gələcək iqtisadi-siyasi əlaqələrini sabotaj edir. İstənilən halda əlaqələrin zədələnməsindən itirən Azərbaycan və Türkiyə deyil, Fransa və onun dəstəklədiyi Avropa Parlamenti olacaq. Avropa Parlamentində Azərbaycana qarşı ədalətli mövqe tutan istənilən deputat erməni icması və ya onun təsiri altında olan qüvvələr tərəfindən mənəvi terrora məruz qalır. Hazırda Avropa Parlamenti erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkana çevrilib. Avropa Parlamenti hazırda korrupsiya pullarını Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya “qalxanına” çevirib.
Azərbaycanın Qərbdə etibarlı tərəfdaşları mövcuddur, Avropa Parlamenti kimi “siyasi institutların” dünyadakı ciddiyyəti isə indi sarsıntılıdır. Avropa Parlamentinin Avropa İttifaqı üçün mühüm olan mövzularda dəfələrlə ziddiyyətli davrandığının şahidi olmuşuq. Avropa Parlamentinin qəbul etdiyi bəyanatların ümumilikdə Avropa İttifaqının maraqlarına zidd olduğu anları müşahidə etmişik. Azərbaycana qarşı davranış da bu qəbildəndir. Hansı ki, Avropa Parlamenti Avropa İttifaqının 5 institutundan biridir. Avropa Parlamenti Ermənistandan fərqli olaraq bizim müstəqil dövlət olduğumuzu, öz taleyimizi özümüzün həll etdiyimizi unutmamalıdır. Bu isə o deməkdir ki, Avropa Parlamentinin cəfəngiyyat dolu qətnamələrinin bizə heç bir təsiri yoxdur. Rəsmi Bakı bütün maneələrə rəğmən, öz maraqlarını təmin etməyə qadirdir. Biz bunu dəfələrlə sübut etmişik. Olan ancaq qərəzli tərəflərə, o cümlədən Avropa Parlamentinə olacaq.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30

