Goranboy rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
31.03.2023 [18:56]
Goranboy Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımına siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin tarixi rolu” mövzusunda dəyirmi masa keçirildi.
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə tədbirlərin keçirilməsi məqsədi ilə Goranboy RİH-nin və YAP Goranboy rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq, YAP rayon təşkilatının inzibati binasında “31 mart Azərbaycanlıların Soyqırımına siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin tarixi rolu” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə, RİH-nin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov və YAP fəalları, ziyalılar və gənclər iştirak etdilər. Tədbir iştirakçıları 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş rəsm sərgisi ilə tanış oldular, sonra tədbir akt zalında dəyirmi masada davam etdirildi. Öncə, Ümummilli Lider Heydər Əliyevin, soyqırım qurbanlarının və bütün şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev bildirdi ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra, İran və Rusiya dövlətləri tərəfindən ermənilərin Azərbaycan coğrafiyasına köçürülməsi siyasəti həyata keçirildi. XIX əsrin sonlarına kimi davam edən köçürülmə siyasəti ilə əzəli Azərbaycan torpaqlarında mənfur erməni vandalizminin də əsası qoyulmuş oldu və zaman-zaman azərbaycanlılara qarşı genosidlər, soyqırım və terror aktları həyata keçirildi. Onminlərlə azərbaycanlının qətlə yetirildiyi Mart soyqırımı - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvanda Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın, soyqırım idi. Bu soyqırım aktına ilk siyasi və hüquqi qiymət Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmişdir. Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov və başqaları çıxış edərək bildiriblər ki, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünya azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən azərbaycançılıq məfkurəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və azərbaycançılıq ideologiyası Azərbaycanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsində əvəzedilməz bir ideologiyaya çevrilmişdir. Ulu öndər Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etmiş, bu məfkurəyə əsaslanan milli dövlət yaratmış, xalqda dövlətçilik hisslərini formalaşdırmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər dahi rəhbərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.
Qeyd olunub ki, xalqımıza qarşı baş vermiş faciələrin, deportasiya və soyqırımı hadisələrinin öyrənilməsi, tədqiq olunması, həmin hadisələrə hüquqi-siyasi qiymətin verilməsi Heydər Əliyevin təşəbbüsləri və qətiyyəti sayəsində mümkün olmuşdur. Bu sahədə 1918-ci il mart hadisələrinə siyasi qiymətin verilməsi xüsusi önəm daşıyır. Məhz ulu öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə soyqırım hadisələrinə hüquqi-siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Çıxış edənlər xüsusilə vurğulayıblar ki, bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda azərbaycançılıq məfkurəsinin təbliğində möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rolu əvəzsizdir. Cəmiyyətin inkişafının ideya təməlini təşkil edən milli ideologiyamız - Azərbaycançılıq konsepsiyası ölkəmizdə hüquqi və sosial dövlət quruculuğunun inkişafına xidmət göstərir. Bu xidmətdə biz də vətəndaş borcumuzu ləyaqətlə yerinə yetirməliyik.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

