Sağlam siyasi mühit sağlam dialoqun təməlidir
31.03.2023 [18:49]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Azərbaycan hazırda dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən bir dövlətinə çevrilmişdir. Qloballaşan dünyada respublikamız sürətli sosial - iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramları həyata keçirir. Avropanın enerji təhlükəsizliyində də əsas söz sahibi kimi mühüm rol oynayır. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən demokratik bir dövlət olduğundan, əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti də yaranmışdır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul olunması da dövrün tələblərindən irəli gələn və Azərbaycanın uğurlu gələcəyinə xidmət edən amillərdəndir.
Təbii ki, hər bir ölkənin inkişafında siyasi partiyaların rolu böyükdür. Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Siyasi partiyalar arasında sağlam dialoq mühitinin formalaşması da hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcəkdir. Siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməsinin mümkünsüzlüyünü bildirən ölkə Prezidenti İlham Əliyev qeyd edir ki, bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf - müqabillər lazımdır. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Odur ki, siyasi dialoqa partiyalararası münasibətlərdə əməkdaşlığı möhkəmləndirən mühüm faktorlardan biri kimi baxılır, siyasi həmrəylik şəraitində konstruktivliyi təmin edən mütərəqqi ideyalar formalaşır, yeni siyasi konfiqurasiya şəraitində siyasi partiyalar arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir. Xüsusilə, vətəndaş həmrəyliyinin və siyasi dialoqun mövcudluğu ümummilli məsələlərin həllində vacib əhəmiyyət daşıyır. Buna görə də Azərbaycanın tərəqqisini təmin edən əsas amillərdən biri də milli birlik və siyasi həmrəylikdir.
Beynəlxalq aləmdə olduğu kimi, siyasi dialoqa ölkə daxilində sağlam münasibət bəslənilməsi 44 günlük Vətən müharibəsi günlərində də özünü bir daha göstərdi. Həmin günlərdə ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar bir araya gəlmiş, milli mənafeyimiz, torpaqlarımızın azadlığı, düşmənin məhvi üçün yekdil mövqedən çıxış etmişlər.
Əminliklə vurğulamaq lazımdır ki, ölkəmizdə yaradılan sağlam siyasi mühit siyasi sahədə böyük canlanma yaradacaq, ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaqdır. Müxtəlif siyasi qüvvələr arasında mövcud siyasi konfiqurasiyanın tələb və şərtlərinə uyğun, qarşılıqlı faydalı, şəffaf münasibətlərin formalaşması üçün möhkəm zəmin formalaşdıracaqdır ki, bu da müstəqil, demokratik, qüdrətli Azərbaycanın xoş, firavan, uğurlu gələcəyinə xidmət edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

