Bu gün artıq başqadır
15.03.2023 [10:36]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Dünyanın 60 ölkəsindən 350 nəfər yüksək səviyyəli təmsilçinin iştirakı martın 9-da X Qlobal Bakı Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzundan və həmçinin diplomatik sahədə qazandığımız növbəti uğurların diplomatik təntənəsinin məntiqi nəticəsi kimi qiymətləndirilir.
Martın 9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və bu mötəbər forumda çıxışı mühüm tarixi əhəmiyyətə malikdir. Forumda çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror və işğal siyasəti haqqında məlumat verərək bildirdi ki, “Erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Nəticədə Azərbaycan güc tətbiq etdi və öz ərazilərini azad etdi. Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik. Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq. Hazırda sülh üçün vaxt yetişib. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik.”
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Forumda çıxışında qarşıda dayanan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirləri olduqca önəmlidir. Ölkə Prezidenti vurğulayıb ki, artıq Cənubi Qafqaz regionu üçün sülh imkanları yaranıb. Bəli, bu gün Azərbaycan bölgədə və regionda sülhün, təhlükəsizliyin əsas qarantıdır və bu istiqamətdə konstruktiv addımlar atmaqdadır.
Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları 44 günlük şanlı Vətən müharibəsi zamanı alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistan üzərinə götürdüyü öhdəliklərinə əməl etməli və təxribatlara son qoymalıdır. Bu gün diktə edən tərəf qalib Azərbaycandır və hazırda dünya gücləri yeni reallıqları qəbul edib.
Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

