/ / Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını təmin etdi
Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını təmin etdi
13.03.2023 [11:14]
2018-ci il Prezident seçkilərindən sonra ölkədə aparılan sistemli islahatların dərinləşdirilməsi və Milli Məclisin fəaliyyətini tam şəkildə təşkil etmək sistemli islahatların davamı idi. Qeyd edək ki, başlanan islahatlarda qanunverici orqan dövrün tələbləri ilə ayaqlaşmırdı. Bunu nəzərə alan hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası bəyanatla çıxış etdi və Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini təklif etdi. Bundan sonra Milli Məclis parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətini yekdilliklə qəbul etdi. 2020-ci il martın 5-də keçirilən növbədənkənar seçkilərin keçirilməsi haqqında Avropa İttifaqı tərəfindən verilmiş obyektiv bəyanat və yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olması seçkilərin tanınması demək idi.
Seçkilərin keçirilməsindən sonra ölkəmizdə yeni siyasi konfiqurasiya yarandı. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşdı. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirdi. VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaradılmasının əhəmiyyətini xüsusi vurğuladı: “Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.”
Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirildi, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilməyə başladı. Qanun yaradıcılığı işində deputatlar daha da fəal iştirak edirlər. Belə ki, Milli Məclisin iclaslarında qanun layihələrinin təqdim edilməsinə komitə sədrləri ilə yanaşı, komitələrin sıravi üzvləri, o cümlədən müxalif partiyalardan olan deputatlar da yaxından cəlb olundular. Eyni zamanda, demokratik mühitin göstəricisi olaraq plenar iclaslar zamanı parlamentdə təmsil olunan müxalifət partiyalarının fəal iştirakçılığı təmin edildi.
Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında nitqi zamanı deputatlara tövsiyə etmişdi ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. Bu tövsiyədən irəli gələrək ötən dövrdə Milli Məclisin deputatları seçildikləri dairələrin problemləri ilə daim maraqlanıb, seçicilərlə işin daha müasir və fəal əsaslarda qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət yetirib, seçicilərlə sıx təmasda olmağa çalışıblar. Demək olar ki, bütün deputatlar karantin rejiminə əməl etməklə seçicilərlə görüşlər keçirib, müasir texnologiyalardan faydalanaraq onlarla ünsiyyət qurublar. Həmçinin deputat köməkçilərinin işi də yenidən qurulub, seçici müraciətlərinin araşdırılması, seçicilərlə daimi təmasların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Bir məqam da nəzərə alınmalıdır ki, VI çağırış Milli Məclisin deputatları parlament tribunasından daim seçicilərinin müraciətlərini səsləndirir, onların problemlərinin həlli ilə bağlı əlaqədar qurumlara çağırışlar edirlər. Bu da seçicilərlə işin düzgün əsaslarda qurulmasının göstəricisidir. Milli Məclisə ilk dəfə seçilən deputatlar arasında gənclərin də üstünlük təşkil etdiyini nəzərə alsaq, qeyd edə bilərik ki, bu, ölkəmizdə gənc kadrlara geniş imkanların yaradılması ilə bağlı atılan addımların daha bir uğurlu nəticəsidir.
44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanları səfərbər edərək aktiv fəaliyyət göstərdi. Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olundu. Azərbaycan Respublikası Milli Məclisi şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanladı.
Bütövlükdə, Milli Məclisin fəaliyyətində baş verən keyfiyyət dəyişikliyi Ali Qanunverici orqana olan ictimai etimadın artmasında mühüm rol oynadı.. Xüsusilə də, deputatların seçicilərlə mütəmadi görüşlərinin keçirilməsi, millət vəkillərinin bu görüşlərlə əlaqədar parlament rəhbərliyinə hesabatlar təqdim etmələri, eləcə də qanunvericilik təşəbbüslərini artırmaları ölkəmizin ictimai münasibətlər sistemində pozitiv dəyişikliklər kimi cəmiyyət tərəfindən müsbət dəyərləndirilir. Eyni zamanda, seçiciləri maraqlandıran və narahat edən müxtəlif sosial məsələlərin parlamentin tribunasından səsləndirilməsi, müzakirəyə çıxarılması, həmin problemlərin həllinə xüsusi diqqət göstərilməsi vətəndaş məmnunluğunun artmasına əlavə təkan verib.
Bütün bunlar göstərir ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar mahiyyət etibarilə vətəndaşın məmnunluğuna və ölkəmizin daha da güclü şəkildə beynəlxalq aləmdə təmsil olunmasına imkan vermişdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”-fikrinin təsdiqi olan islahatlar bir daha göstərir ki, siyasi iradə, qətiyyət və milli maraqlara xidmət hakimiyyətin əsas qayəsini təşkil edir və edəcəkdir. Nəticə etibarilə, Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilməlidir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

