/ / Şərəfli adını şərəflə daşımağı bacaran Azərbaycan qadını cəmiyyətimizdə həmişə olduğu kimi dəyərlidir
Şərəfli adını şərəflə daşımağı bacaran Azərbaycan qadını cəmiyyətimizdə həmişə olduğu kimi dəyərlidir
07.03.2023 [15:51]
Böyük şair Səməd Vurğun demişdir:
"Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın! "
Bəli, dünyanın misli-bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi, dünyaya dahilər bəxş edən şəxs məhz qadındır. Azərbaycan qadını tarixən mərdliyi, cəsurluğu, eyni zamanda zərifliyi, saflığı ilə cəmiyyətimizin həyatında aparıcı rol oynamışdır.
Bu gün də qadınlarımız istər ictimai- siyasi, istərsə də sosial həyatımızda öndə gedirlər. Ümummilli lider Heydər Əliyev qadın haqqında deyirdi: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Məhz o böyük şəxsiyyətin həyata keçirdiyi siysətin nəticəsi olaraq bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Tarixən anaya, uşağa, qocaya xüsusi münasibətilə seçilən Azərbaycanda ikinci dəfə müstəqillik qazanıldıqdan sonra bu vacib məsələyə xüsusi həssaslıq nümayiş etdirilərək bir-birindən əhəmiyyətli qərarlar və qanunlar qəbul olunub. Qadın hüquq və azadlıqları əsas qanunumuzda - Konstitusiyamızda da ayrıca qeyd edilib. Konstitusiyanın 25-ci maddəsində hamının, eləcə də bütün qadın və kişilərin qanun və məhkəmə qarşısında bərabərliyi, onların eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit olunub. Həmin maddənin üçüncü hissəsi hər kəsin cinsindən asılı olmayaraq hüquq və azadlıqlarına təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətinə görə məhdudlaşdırılmasını da qadağan edir.
Konstitusiyanın 35-ci maddəsinə əsasən hər bir qadının sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Qadınların və 16 yaşa qədər uşaqları olan anaların əmək hüququ və sosial müdafiəsi Konstitusiyadan əlavə "Əmək Məcəlləsində", "Məzuniyyətlər haqqında", "Vətəndaşların pensiya təminatı haqqında" və "Əhalinin məşğulluğu haqqında" qanunlarda da öz əksini tapmışdır. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə böyük irəliləyiş idi. Azərbaycan Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilərək daha konkret və daha böyük sferanı əhatə edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. 2006-cı ildə, eyni zamanda, ölkə Prezidentinin təşəbbüsü ilə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanun da qəbul olunmuşdur. Qanun kişi və qadınların ictimai, siyasi, mədəni və sosial sahələrdə hüquq bərabərliyini nəzərdə tutur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Mehriban xanım Əliyeva “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən qurulmuşdur. Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 8 Mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Dövlət səviyyəsində qadına, anaya verilən yüksək qiymət bəşəri dəyərdir. Bu gün azad, müstəqil Azərbaycanı göz bəbəyi kimiu qoruyan, 44 günlük müharibədə Zəfər dastanı yazan igid oğullarımızın anası, bacısı, həyat yoldaşı olan Azərbaycan qadını qürurludur, mərd və mübarizdir. Şərəfli adını şərəflə daşımağı bacaran Azərbaycan qadını cəmiyyətimizdə həmişə olduğu kimi dəyərlidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuş, ölkəmiz bu sahədə də dünyanın öncül, nümunəvi dövlətləri sırasında qərarlaşmışdır. Xalq olaraq, millət olaraq biz böyük bir gələcək qarşısındayıq. O gələcək ki, dahi Hüseyn Cavid demişkən: “Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”
Bəli, fədakar Azərbaycan qadını yüksəlməklə bizi yüksəlişi olan gələcəyə aparan qüvvədir!
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09

