Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini uğurla davam etdirir
06.03.2023 [21:23]
Cari ilin 2 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev geniş nitq söyləyib.
Bununla əlaqədar açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə əsasən 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə bu təsisatın sədrliyinə başlaması və sədrlik müddətinin yekdil qərarla daha bir il uzadılması olduqca mühüm tarixi və siyasi hadisədir. Bu hadisə Qoşulmama Hərəkatı və Azərbaycanın ali məqsədlərinə və hədəflərinə doğru irəliləməsində əhəmiyyətli imkanların yaranmasına əsas verir: “Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyəti uğurlu və məqsədyönlüdür. Belə ki, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü məhz bizim ölkəmiz tərəfindən irəli sürülüb və 2020-ci ilin dekabr ayında xüsusi sessiya uğurla həyata keçirilib. Mühüm təşəbbüsün reallaşması ilə tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edərək bir sıra qlobal problemlərə və onların həlli yollarına diqqət yönəldib”.
Rayon təşkilatının sədrinin fikrincə, görüş zamanı bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”nin pandemiya ilə mübarizədə ciddi manelər yaratdığı vurğulanıb ki, bu da öz növbəsində mövcud problemlərin həllində mühüm təşəbbüslərin irəli sürülməsinə və problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdıraraq ən qısa zamanda həll edilməsinə əsaslı zəmin yaradır. Nəticə etibarilə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.
Bütün bunlarla yanaşı Azərbaycanın təşəbbüsü ilə 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. 2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə məhz dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyası irəli sürülüb. Bu faktlar Azərbaycanın bu təsisat daxilində fəaliyyətinin yüksək hədəflərə istiqamətləndiyini və uğurla icra edildiyini göstərir: “Martın 2-də gerçəkləşən zirvə görüşü də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı dövlət başçısı bir daha vurğuladı ki, COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Onu da bildirək ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində mina terroru həyatı keçirib. Bütün şəhər və kəndlərimizi minalayaraq, orada həyatı iflic edib, çoxsaylı dinc azərbaycanlının qətlə yetirilməsinə səbəb olub. Ölkəmiz isə postmüharibə dövründə yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərin minalardan təmizlənməsinə böyük səy göstərir, bu istiqamətdə təxirəsalınmaz işlər görülür. Məhz bu məqsədlə Azərbaycan minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

