Qazaxda 8 Mart – Beynəlxalq Qadınlar Günü təntənə ilə qeyd olundu
06.03.2023 [14:15]
06 mart 2023-cü il tarixdə YAP Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin banisidir” mövzusunda tədbiri keçirildi.
Tədbir YAP Qazax rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başlandı. İlk öncə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov çıxış edərək bildirdi ki, bugünkü tədbirdə Qazax rayonunun ictimai-siyasi həyatında fəal rol oynayan qadın partiya üzvləri dəvət olunmuşlar. Sizi təbrik etmək, sizinlə ünsiyyətdə olmaq, sizi dinləmək çox xoşdur, təqdirəlayiqdir. Siz YAP üzvləri bizlər üçün çox dəyərli, hörmətli və əziz insanlarsınız!
Qazax Rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə qadın hərəkatının, dövlət qadın siyasətinin, onun dövlət səviyyəsinə qaldırılmasının məhz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin hakimiyyətdə olduğu illərdə bu yönümdə bir çox qanunların qəbul olunduğunu, fərman və sərəncamların imzalandığını qeyd etdi. Natiq bu gün Azərbaycanda Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasətinin böyük yüksəliş mərhələsinə qədəm qoyduğundan, qadınlara göstərilən dövlət qayğısından, qadınların Azərbaycan cəmiyyətindəki mühüm rolundan bəhs edərək, 44 günlük Vətən müharibəsində xalqımıza Şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin analarının da məhz, fədakar Azərbaycan qadını olduğunu vurğuladı və Azərbaycan qadınlarının simvolu, Birinci vitse - prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilən dövlət qadın siyasətindən, müasir Azərbaycan cəmiyyətində qadınların rolundan, Azərbaycan qadınının – Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşı olmasından bəhs edərək, Azərbaycanın birinci Xanımı Mehriban xanım başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik etdi və ən xoş arzularını bildirdi.
Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova, partiya veteranlarından Bəsti Ələkbərova, Səfurə Rəhimova, Sevda Məmmədova çıxış edərək, bu gün Möhtərəm Prezidentimiz tərəfindən Azərbaycan qadınlarına göstərilən diqqət və qayğıdan, bu sahədə Ulu Öndərin misilsiz xidmətlərindən, Birinci vitse - prezident Mehriban Əliyevanın hər bir qadına nümunə olmasıından danışdılar və göstərilən hörmət və ehtirama görə öz minnətdarlıqlarını bildirdilər.
Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tədbir iştirakçılarını şeirlə təbrik etdilər.
Sonda YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi, ən fəal partiya üzvləri Fəxri Fərmanla təltif olundu və tədbir iştirakçılarına bayram hədiyyələri verildi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

