Azərbaycan bir daha təsdiqlədi…
06.03.2023 [14:13]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü dünya mətbuatında geniş şərh olunmaqdadır. Hərəkatın sədri olan Azərbaycanın ədalətin və beynəlxalq hüququn müdafiəsi istiqamətində göstərdiyi səylər və əldə etdiyi uğurlu nəticələr təqdir edilir. Bir mühüm məqamı da qeyd edək ki, Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılmışdır.
Zirvə görüşündə səsləndirilən fikirlərdən bu qənaət yarandı ki, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrliyi ilə bu təsisat sürətlə inkişaf edir. Azərbaycanın təşəbbüsləri və onların reallığa çevrilməsi beynəlxalq nüfuzunu daha da artırır. BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi çıxışında bu fikri xüsusi qeyd etdi ki, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər, həmçinin peyvəndlərə vaxtında və ədalətli qaydada çıxış və əlçatanlıq da qarşılıqlı dəstəyin bir nümunəsidir. Qoşulmama Hərəkatı bu böhrana cavab vermək və pandemiyanın nəticələrini aradan qaldırmaq üçün qlobal həmrəylik göstərərək təşəbbüslər irəli sürmüşdür. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qeyd etdi ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, həmrəylik və sıx birlik daha da möhkəmlənib. Təşkilatın tarixində ilk dəfə onun parlament və gənclər şəbəkələri yaradılıb.
Özbəkistan lideri xüsusi vurğuladı ki, bütün bu nailiyyətlər hörmətli həmkarım İlham Heydər oğlunun böyük səyləri və təşəbbüsləri, üzv dövlətlərin maraqları naminə onun praktiki fəaliyyəti sayəsində mümkün olub. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Qoşulmama Hərəkatına uğurla sədrliyinə, qarşıda duran hədəflərə nail olunması istiqamətində irəli sürdüyü mühüm təşəbbüslərə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.
Bu kimi xoş, reallığa söykənən fikirləri xeyli sayda davam etdirə bilərik. Azərbaycanın Zirvə görüşünə ev sahibliyi söylənilən hər bir fikrin təsdiqidir. Bu gün göstərilən səylər və görülən işlər ölkəmizin dünya miqyasında aparıcı dövlət olmasından irəli gəlir. Əminliklə qeyd edə bilərik ki, Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyub.
Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündəki çıxışı dünyanı narahat edən məsələlərin müzakirəsi və çıxış yollarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Cənab İlham Əliyev vurğuladı ki, yeni reallıqlar dünya düzəninin yenidən formalaşdırılmasını bir tələbə çevirir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.
Prezident İlham Əliyevin çıxışı ona bəslənən rəğbət, ölkəmizin düzgün mövqeyi, bir sıra ölkə əhəmiyyətli məsələlərə dair fikirlərin ifadəsi baxımından kifayət qədər vacib və əhəmiyyətli oldu. Azərbaycan bir daha təsdiqlədi ki, Qoşulmama Hərəkatının Sədri olaraq ali məqsədlərə xidmət etməklə ədaləti və beynəlxalq hüququ müdafiə edir.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

