Mingəçevirdə “Heydər Əliyev İli” çərçivəsində elmi-praktik konfrans keçirilib
01.03.2023 [11:21]
Fevralın 28-də Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə həsr olunan “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları, şəhər partiya təşkilatının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərimizin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunan elmi tədbirin müstəqil Azərbaycanın qurucusu olan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği məqsədi daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, MDU ilə YAP Mingəçevir şəhər təşkilatının işbirliyi çərçivəsində cari ildə əbədiyaşar liderin çoxşaxəli fəaliyyətinin müxtəlif tarixi dövrlərinə həsr olunan silsiləvi elmi konfransların keçiriləcəyi nəzərdə tutulub. Bugünkü elmi tədbirdə Ümummilli Liderin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi titanik fəaliyyətin müxtəlif aspektləri ilə bağlı elmi məruzələrin təqdim ediləcəyini diqqətə çatdıran Ş.Bayramov konfransın işinə uğurlar arzulayıb.
Konfrans iştirakçılarını salamlayan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə, o cümlədən Mingəçevir şəhərində müxtəlif formatlı tədbirlərin keçirildiyini bildirib. Ölkə iqtisadiyyatının və energetikasının inkişafında Mingəçevirin önəminin və potensialının Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirildiyini bildirən B.Mustafayev Ümummilli Liderin şəhərin hərtərəfli inkişafına göstərdiyi böyük diqqət və qayğıdan bəhs edib. Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği ilə bağlı MDU-da çoxsaylı tədbirlərin təşkil edildiyini diqqətə çatdıran sədr son dövrdə universitetdə bu istiqamətdə formalaşmış müvafiq elmi potensialın və təcrübənin şəhərin ictimai-siyasi həyatına da əhəmiyyətli töhfə verməsindən məmnunluğunu ifadə edib.
Sonra “Qəlblərdə və xatirələrdə əbədiləşən Ümummilli Lider Heydər Əliyev” adlı videoçarx nümayiş olunub və konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun əməkdaşlarından Fəridə Həsənli “Heydər Əliyev: Azərbaycanda milli oyanışın xarakteri və müstəqilliyə doğru böyük qayıdışın başlanması”, Saqib Məmmədov “Azərbaycan Respublikasında neft sənayesinin bərpası və inkişafı sahəsində Heydər Əliyevin misilsiz xidmətləri”, Tansu Əhmədzadə “Azərbaycan Respublikasının maliyyə sisteminin formalaşmasında və inkişaf etdirilməsində Heydər Əliyevin möhtəşəm tarixi rolu” və Natəvan Vəliyeva “Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə iqtisadiyyatın aqrar sektorunun inkişaf tendensiyaları” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda Yeni Azərbaycan Partiyasına üzv olan MDU əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da Mingəçevir Şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı və digər tərəfdaşlarla birlikdə müxtəlif formatlı tədbirlər keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

