Prezidentin Münhen səfərinin tarixi və siyasi əhəmiyyəti
22.02.2023 [14:03]
“Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Almaniyanın Münhen şəhərinə səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər, verdiyi açıqlamalar olduqca böyük siyasi əhəmiyyətə malikdir. Məlum fikir və açıqlamalar dövlətimizin və xalqımızın maraqlarına tam cavab verərək müxtəlif məsələlərlə əlaqədar mövqeyinin açıq və qətiyyətli ifadəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışı ölkəmizin Qarabağla bağlı haqlı mövqeyinin, Vətən müharibəsindən sonra yaranmış reallıqların bütün dünyaya, xüsusilə Ermənistana bariz diqtəsi idi”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə sözügedən plenar iclasda dövlətimizin başçısı Ermənistan dövlətinin işğalçı mahiyyətini bir daha dünyaya açıq bəyan etdi. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə heç bir icra mexanizminin tətbiq edilmədiyini, kağız parçasından başqa bir mahiyyətinin olmadığını ifadə etməsi acı reallıq idi. Bu fakt özülüyündə dünya ictimaiyyətinin beynəlxalq hüquqa olan inam və etibarının sarsılmasıdır. 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq hüquqla tanınan və qəbul edilən sərhədləri daxilində mövcud torpaqlarının 20 faizini işğal edərək talayan Ermənistana qarşı heç bir təzyiq və ya çəkindirici sanksiyalar verilməyib. Təəssüflə qeyd etməliyik ki, bütün bunlar, eyni zamanda Azərbaycanın humanist, danışıqlara açıq mövqeyindən sui-istifadə idi: “Dövlət başçısı İlham Əliyevin də iclasda vurğuladığı kimi, dövlətimiz, xalqımız və ordumuz Vətən müharibəsində qazandığı haqlı və ləyaqətli qələbə ilə təkcə ərazi bütövlüyünü bərpa etmədi, həmçinin beynəlxalq hüququn pozulmuş müddəalarını, BMT-nin məlum 4 qətnaməsini yerinə yetirdi, icra etdi. Artıq bütün dünya və Ermənistan yeni reallıqları qəbul etməlidir. Azərbaycan sülh müqaviləsinin imzalanmasında, bir sıra məsələlərin tarixin arxivinə gömülərək nizamlanmasında olduqca maraqlıdır. Çünki ölkəmiz sabitliyin, təhlükəsizliyin və əmin-amanlığın hökm sürməsini, dövlətlərin və millətlərin azad, firavan, müharibəsiz bir dünyada yaşamasında maraqlıdır. Ancaq qarşı tərəf – Ermənistan da öz mövqeyində qətiyyət göstərməli, imzaladığı bir sıra bəyannamələrdən irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əks təqdirdə, Azərbaycan dövləti və xalqı yüksək siyasi iradəsi və qüdrəti ilə öz maraqlarının və haqlarının qorunması, müdafiə edilməsi istiqamətində lazımi bütün addımları vaxtında və dəqiqliklə yerinə yetirəcək. Vətən müharibəsində olduğu kimi, dünya dövlətimizin və xalqımızın həmrəyliyini, gücünü yaxşı anlayır və görür”.
Rayon təşkilatının sədrinin fikrinə əsasən Prezident İlham Əliyevin səfər çərçivəsində Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü də tarixi əhəmiyyət daşıyır. Dövlət başçısının görüşdən dərhal sonra Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində qeyd etdiyi kimi, Rusiya-Ukrayna müharibəsi ümumi geosiyasi vəziyyəti tamamilə dəyişib. Lakin Ermənistan da anlamalıdır ki, sülh müqaviləsinin imzalanması, öz öhdəliklərinin yerinə yetirilməsinin vacibliyi və post-müharibə dövrünün reallıqlarının qəbul edilməsi mütləqdir. Ermənistanın bəzi dairələri revanşist niyyətlərindən və açıqlamarından əl çəkməlidir. Çünki Azərbaycan öz gücü və qüdrəti ilə tarixi ədaləti bərpa edib, əzəli torpaqlarını işğaldan azad edib. Münaqişənin sülh yolu ilə həlli heç bir nəticə verməyib. Bu məqsədlə təsis edilən ATƏT-in Minsk Qrupu tarixin arxivinə, dövlət başçısının qeyd etdiyi kimi, pensiyaya göndərilib. Ermənistanın tarixi keçmişə nəzər salması və qəbul etməsi, bu faktlara əsaslanaraq öz mövqeyində ciddi korrektələr etməsi, vədlərdən real əməllərə addım atması onun gələcəyi üçün daha yaxşı və faydalı olar. Çünki Azərbaycan öz milli maraqları uğrunda heç bir güzəştə getməyəcək. Dövlətimizin başçısı Laçın-Xankəndi yolundakı dinc aksiyaya da toxunaraq bu mübarizənin haqlı olduğunu, eləcə də qarşı tərəfin məkrli planlarını puç etdiyini söyləməsi real mənzərənin aydın ifadəsi idi. Bütün dünya bilməlidir ki, Azərbaycan öz tarixi ərazilərində təbii sərvətlərinin talanmasına və istismar edilməsinə göz yummayacaq, imkan verməyəcək. Bu, eyni zamanda kobud beynəlxalq hüquq pozuntusudur və beynəlxalq məsuliyyət yaradır. Ermənistanın və onun havadarlarının bu əməlləri isə cavabsız qalmayacaq.
Dövlət başçısı İlham Əliyev hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin üzərində işlər aparıldığını və hamımızın regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşdüyünü vurğuladı. Bu mənada, Münxen danışıqlarının konstruktiv keçirildiyini diqqətə çatdırması olduqca böyük ümidlər vəd edir. Hesab edirik ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyətin tamamilə dəyişməsi vacib idi, bu reallığı beynəlxalq hüququn təmin etməli olduğu halda, Azərbaycan öz gücü hesabına etdi.
Xəbər lenti
Hamısına baxİdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25

