Azərbaycan düşmənçilik səhifəsinin birdəfəlik bağlanmasına çalışır
20.02.2023 [16:42]
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Kristof Heusgenin moderatorluq etdiyi, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Avrasiyada sülhün təmin olunmasının əsas şərtlərindən danışdı: “44 gün çəkmiş müharibə iki ildən bir az çox əvvəl baş vermişdir. Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər“. Bəli, Azərbaycan məhz düşmənçilik səhifəsinin birdəfəlik bağlanmasına çalışır.
Prezident İlham Əliyevin Münhendə keçirilən görüşlərdə panel iclaslarda verdiyi konket mesajlarda sülh, təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq və davamlı inkişaf ana xətt təşkil etdi ki, elə konfransın əsas ideyası da Münhen təhlükəsizlik konfransıdır. Amma çox təəssüflər olsun ki, bu gün qlobal miqyasda bütün dövlətlər eyni amalla yaşamır.Bu gün super güclərin yeni müharibə ocaqları yaratmaq üçün apardıqları oyunlar heyrət doğurur. Elə Rusiya-Ukrayna ölkələri fonunda bunu aydın görmək olur. Dünya sülh istəsəydi müharibələr bu qədər davam etməzdi, deməli sülh pərdəsi arxasında çox məkrli oyunlar gedir. Maraqlıdır ki, bu günə qədər Azərbaycanla Ermənistan arasında sülhüm imzalanmamasına görə Ermənistanı yox Azərbaycanı qınayan dairələr var. Prezident İlham Əliyev Münhen təhlükəsizlik konfransında sülh müqaviləsinin indiyə qədər imzalanmamasının real səbəblərini bir daha bütün dünyaya bəyan etdi: “Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır”. Başqa sözlə, regionda sülh və təhlükəsizlik üçün ilk növbədə qarşılıqlı hörmət, bir-birinin ərazi bütövlüyünü tanımaq, daxili işlərinə qarışmamaq başlıca şərtdir.Odur ki, Azərbaycan bir daha Münhendən açıq şəkildə bildirdi ki, Ermənistan və onun havadarları sülh istəyirlərsə, Azərbaycanın konstitusiyasına və ərazi bütövlüyünə hörmət etməlidirlər. Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu kimi, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Onların hüquq və təhlükəsizliyinin qorunması məhz Azərbaycana aiddir.Qarabağ Azərbaycandır!-bunu Ermənistan da, onun məlum havadarları da nə qədər tez anlasalar o qədər yaxşı olar.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16

