Ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək
18.02.2023 [13:43]
Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının sədri
Ölkəmizin Prezidenti Cənab İlham Əliyev 13 fevral 2023-cü il tarixində Bakıda Gülüstan sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük Elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Mingəçevir Elektrik stansiyası hamımıza məlumdur ki, 1976-cı ildə təməli qoyulmuş, 1981-ci ildə şəxsən Ulu Öndərimiz Heydər Əliyevin iştirakı ilə açılışı olmuşdur. Bununla da Ulu Öndər Mingəçeviri əslində Qafqazın ən böyük enerji mərkəzinə çevirmişdir. 2018-ci ildən Mingəçevir Elektrik stansiyasının yenidən qurulma prosesi başlanmışdır. Qısa müddət ərzində yəni iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Bərpa yenidən qurma sayəsində stansiya 2400 meqavat generasiya gücünə malik olmuş,təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilmişdir. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.
Yeni ərazilər uğrunda yeni müharibə" ritorikasını Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqlıqda yerləşən, regionu qərblə birləşdirən geosiyasi və iqtisadi əhəmiyyətli enerji-kommunikasiya xətlərinin keçdiyi Tovuz istiqamətində hərbi təxribatlar müstəvisinə keçirən Ermənistan bu günlərdə bənzər uğursuz cəhdlərini Yevlax istiqamətində də təkrarladı. Raket atəşlərinin hədəfi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəmərinin seçilməsi ilə bu təxribatların miqyasca tək Azərbaycanla məhdudlaşmayan, regional və qlobal əməkdaşlığa, enerji təhlükəsizliyinə, beynəlxalq şirkətlərin və dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdi olduğunu bir daha göstərdi.
Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması, çox əlamətdar hadisədir. Bu layihə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Xüsusən qeyd etmək lazımdır ki tikinti 2025- ə kimi başa çatdırılmalıdır və layihədə əsasən İtaliya şirkətləri və Çin şirkətlərinin mütəxəssisləri cəlb edilmişdir. İtaliyanın bu layihədə adı xüsusilə vurğulanmalıdır. Çünki İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Biz hər zaman dost ölkələr olaraq qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi istiqamətinə xüsusi diqqət yetirmişik. Bu qarşılıqlı münasibətlərdə isə energetika sahəsində əməkdaşlıq xüsusi yer tutur.
Bu stansiyanın tikilməsinin ən böyük əhəmiyyəti isə ətraf mühitin qorunması istiqamətinə yönəlməsidir. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə-2milyon ton azalacaq və nəticədə ətraf mühitə çox böyük faydası olacaqdır. Sonda vurğulamaq yerinə düşər ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi sayəsində əldə etdiyimiz bu nailiyyətlər ölkəmizin gələcək inkişafına böyük pəncərə və böyük rifahın təməl daşıdır. Çünki bu nəhəng layihələr əhalinin rifah halının yaxşılaşmasına, ölkəyə gələn gəlirlərin artması istiqamətində çox böyük tövhələr verəcəkdir. Biz buna hamılıqla inanır və görülən işləri tam şəkildə dəstəkləyirik. Qüdrətli və güclü Azərbaycanımızın gələcəyi bu kimi layihələrin reallaşması sayəsində daha da güclənəcək və dünyaya bir nümunə olacaqdır!
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

